
Apple öz smartfonlarında Qualcomm-un şəbəkə modemlərindən istifadəyə davam edəcək
Elm & Texnologiya
03.11.2022
Emil
Apple iPhone-larda Qualcomm şirkətinin 5G modemlərindən istifadə etməyə davam edəcək. Qualcomm öz yeni hesabatında investorlar üçün qeyd edib ki, o, 2023-cü ildə təqdim ediləcək iPhone modelləri üçün əsas modem istehsalçısı qismində qalacaq. Keçən il Qualcomm bildirmişdi ki, o, yeni iPhone modelləri üçün modemlərin yalnız 20%-nin istehsalı ilə məşğul olacağına ümid edir. Belə ki, şirkət düşünürdü ki, Apple artıq 2023-cü ilə kimi öz 5G modemini hazırlayacaq. İndi isə məlum olub ki, Apple hələ ki, bu tapşırığın öhdəsindən gələ bilmir.
Buna görə də gələn il təqdim ediləcək iPhone 15 modelləri Snapdragon modemi ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, Apple daha öncə Intel-in modem istehsalı biznesini almışdı. Intel-in modem biznesinin alınmasından sonra analitiklər məlumat verdilər ki, Apple özünün şəbəkə modemini yaratmağı planlaşdırır. Lakin bu ilin yay fəslində məlumat ortaya çıxmışdı ki, Apple fərdi şəbəkə modeminin hazırlanması mövzusunda çətinliklər yaşayır və 2023-cü ildə iPhone modellərini fərdi şəbəkə modemi ilə təchiz etmək alınmayacaq. Qualcomm isə öz yeni hesabatında bu məlumatı təsdiqləmiş oldu. Apple şirkətinin nəticədə iPhone-larda öz şəbəkə modemindən nə zaman istifadə edəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
