main-post-cover

    Apple şirkəti Qualcomm modemlərindən imtina edəcək

    Elm & Texnologiya
    18.11.2021
    Farid Pardashunas
        DigiTimes saytı öz mənbələrinə istinadən xəbər verib ki, 2022-ci il Apple şirkətinin öz smartfonlarında Qualcomm və ya digər istehsalçıların modemlərindən istifadə edəcəyi son il olacaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Apple öz cihazlarında mobil şəbəkəni fərqli tərzdə reallaşdırmağa qərar verib. Məlumata əsasən 2023-cü ildən başlayaraq Apple öz istehsalı olan modemlərdən istifadə edəcək. Maraqlısı ondadır ki, həmin modemlər birbaşa prosessorlara inteqrasiya edilməyəcəklər. Hal hazırda bir çox istehsalçı məhz bu cür üsuldan istifadə edir. Məsələn Qualcomm şirkəti fərdi 5G modemlərini birbaşa Snapdragon prosessorlarına inteqrasiya edir.
        Nəticədə ortaya vahid bir məhsul çıxır. iPhone, iPad, Apple Watch və digər Apple məhsulları üçün prosessor istehsalı ilə məşğul olan TSMC şirkətinin həmçinin Apple üçün 5G modemlərin istehsalı ilə də məşğul olacağı güman edilir. Bu, bir neçə müddət bundan öncə Qualcomm-un öz investorlarına verdiyi bəyanat ilə üst-üstə düşür. Belə ki, həmin bəyanatda qeyd edilmişdi ki, Qualcomm 2023-cü ildə Apple üçün modemlərin yalnız 20%-ni istehsal edəcək. Çox güman ki, Qualcomm tərəfindən istehsal ediləcək modemlər daha büdcəli və ya köhnə cihazlarda istifadə olunacaq. Heç istisna deyil ki, Qualcomm modemləri müəyyən regionlar üçün nəzərdə tutulmuş cihazlarda istifadə edilsin.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər