main-post-cover

    Apple şirkəti yeni iPod Touch modelini oyun konsoluna çevirə bilər

    Elm & Texnologiya
    28.01.2019
    Farid Pardashunas
        Mobil oyunlar getdikcə daha da məşhurlaşır və görünür, Apple şirkəti bu bazardan öz payını götürmək niyyətindədir. İkinci nəsil iPod Touch modelindən başlayaraq Apple şirkəti bu cihazı məhsulların 9-cu sinifinə aid edirdi. Yəni iPod Touch audiovizual və informasiya məhsullarına aid edilirdi. Lakin Macrumors saytının verdiyi məlumata əsasən Apple şirkəti iPod Touch-ı məhsulların 28-ci sinifinə daxil edib. Bu sinifə isə portativ oyun cihazları daxildir.
        Şirkət həmçinin iPod Touch sisteminin daxilinə də oyun bölməsini əlavə edib. Görünür, şirkətin bu sahə üzrə planları dəqiqdir. Qeyd etmək lazımdır ki, 2018-ci ildə təkcə mobil oyunlar 50 milyard dollar vəsait qazanmışdılar. Beləliklə Apple şirkətinin bu sahədən mənfəət götürmək istəməsi heç də təəccüblü deyil. Bundan əlavə olaraq piratçılığın olmaması səbəbilə oyun tərtibatçıları həmişə iOS sisteminə müsbət yanaşıblar. Beləliklə lazımi vəsaitlərlə və servislərlə şirkət daha çox gamerləri özünə tərəf çəkə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər