
Apple şirkətinin ilk AR eynəyi 2025-ci ilə kimi gecikə bilər
Elm & Texnologiya
08.11.2022
Emil
Son zamanlarda müxtəlif analitiklər Apple şirkətinin artırılmış reallıq (AR) eynəyinin nə zaman satışa çıxacağı barəsində müxtəlif proqnozlar səsləndirirlər. Qeyri-rəsmi məlumatlara əsasən Apple bu cür eynək üzərində artıq uzun illərdir ki, çalışır. Haitong International Tech Research şirkətinin analitikləri hesab edirlər ki, Apple şirkətinin AR eynəyi 2025-ci və ya 2026-cı ilə kimi gecikəcək. Əsas səbəb isə AR eynəyin hazırlanma prosesində yaranmış çətinliklərdir. Analitiklərin qiymətləndirmələrinə əsasən hal hazırda artırılmış və virtual reallıq bazarı durğun vəziyyətdədir. Bu cür cihazların müəyyən istifadə sahələri mövcud olsa da, onlar çox geniş şəkildə yayılmayıblar.
Keçən ilki statistikaya əsasən virtual reallıq bazarının həcmi 21.83 milyard dollar təşkil edir və bu onilliyin sonuna kimi bazarın genişlənmə tempi 15% təşkil etməlidir. Bununla belə analitiklərin fikirlərinə əsasən bazar Apple şirkətinin AR eynəyinin satışına artıq hazırdır. iPhone-na qoşula bilən və özündə artırılmış reallıq funksiyalarını birləşdirən bu cür cihaz bazara sözün əsl mənasında yenilik gətirə bilər. Bəzi analitiklər əmindirlər ki, Apple şirkətinin AR eynəyi satışa çıxan zaman o, bazarda əsl innovasiyalı inqilab yaradacaq. Nəticədə şirkətin rəqibləri də bu bazara diqqət yetirərək bu sahədə fərdi məhsullar hazırlamağa başlayacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
