Apple şirkətinin ilk qarışıq reallıq cihazı (AR + VR) barəsində bəzi yeni məlumatlar verilib

Apple şirkətinin ilk qarışıq reallıq cihazı (AR + VR) barəsində bəzi yeni məlumatlar verilib

Texnologiya
15.05.2023 PAYLAŞIM

    The Wall Street Journal Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı barəsində yeni məlumatlar verib. Təqdim edilmiş məlumatlarda MR cihazın bəzi özəllikləri və onun kütləvi istehsalına nə zaman start veriləcəyi qeyd edilib. Beləliklə verilmiş məlumatlara əsasən şirkətin ilk MR cihazı 4K keyfiyyətli ekranlar və xaricdən kameralar ilə təchiz olunacaq. Xarici kameralar vasitəsilə cihaz ətraf mühitin görüntüsünü əldə edəcək və onun üzərinə AR elementlər yerləşdirəcək. MR cihazın əsas istifadə ssenariləri arasında FaceTime Apple Fitness+ tətbiqləri ilə çalışmaq və eləcə də oyunlar olacaq.

    Hələ bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, MR cihazın enerji təminatını xarici batareya reallaşdıracaq. The Wall Street Journal bildirib ki, Apple MR cihazın istehsalı prosesində müxtəlif problemlərlə qarşılaşır. Bununla yanaşı məlumatda qeyd edilib ki, artıq öz sözünü demiş digər cihazları ilə müqayisədə MR cihaz Apple üçün təcrübi bir layihə hesab edilir. Onun nə zaman istehsal ediləcəyi məsələsinə gəldikdə isə bildirilib ki, MR cihazın kütləvi istehsalına sentyabr ayında start veriləcək. Bəzi məlumatlara əsasən şirkətin ilk MR cihazı 3000$ satış qiymətinə sahib olacaq. Onun gələn ay baş tutacaq WWDC 2023 konfransı çərçivəsində təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×