Logo
    main-post-cover

    "Apple"ın ən böyük mağazasından görüntülər

    Apple Store-lar dünyanın hər yerində "Apple" və texnologiya sevənləri bir araya toplayır. Sabah artıq bu mağazalardan ən böyüyü istifadəçilərə təqdim olunacaq. Dünya Ticarət Mərkəzin-də (World Trade Center) yer alan bu yeni mağaza Nyu Yorkda yerləşir. Bu yer haqda artıq internetdə bir çox video və fotolar paylaşılsa da, Apple sevərlər məkanla sabahdan tanış ola biləcəklər. Video və fotolara əsasən demək olar ki, bu Apple mağazası digərləri ilə müqayisədə daha böyükdür. Mağazanın dizaynı isə Bohlin Cyvinski (Bohlin Cywinski) imzası daşıyır. İki mərtəbəli mağazaya baxdıqda "Apple"a məxsus klassiklik özünü göstərir. Mağazanın, Dünya Ticarət Mərkəzinin Oculus  adlandırılan terminal bölümündə yerləşməsi isə ona ayrıca üstünlük qazandırır. Hələlik isə sadəcə "Apple"ın edəcəyi təqdimatı gözləmək qalır.
     

     
    Paylaş
    Bənzər xəbərlər