Logo
    main-post-cover

    Araşdırmala görə, YouTube və TV səsilə yatmaq əslində sağlamlığa zərər vermirmiş!

    Elm & Texnologiya
    18.09.2024
    Farid

         Müasir dövrdə yuxusuzluq insanların həyat keyfiyyətini mənfi təsir edən geniş bir problemə çevrilib. Məsələn, qonşu səsləri, motor və ya avtomobil səsləri yuxunu poza bilər, lakin bəziləri də YouTube və ya TV səsi ilə yatmağı üstün tutur. Bəs səs-küylə yatmaq həqiqətən də o qədər zərərli olmaya bilərmi?

         Araşdırmalara görə, qəhvəyi səslər kimi müəyyən səslər, daha dərin və fasiləsiz yatmağınıza kömək edə bilər. Son zamanlar TikTok-da çox populyarlaşan qəhvəyi səs-küyün, xüsusilə DEHB diaqnozu qoyulmuş insanlar üçün rahatlama təmin etdiyi və yuxuya getməyi asanlaşdırdığı iddia edilir.
         Qəhvəyi səs-küy aşağı tezlikli səslərlə daha dərin, daha təbii ton təqdim edərkən, ağ səs-küy bütün tezlikləri əhatə edən daha yüksək tonlu tembrə malikdir, məsələn, fan və ya radio statik səsi. Elmi araşdırmalar, ağ səs-küyün yuxuya müsbət təsirini sübut edən məlumatlar təqdim edir. 2017-ci ildə aparılan bir araşdırma onu göstərib ki, ağ səs-küy iştirakçıların yuxuya getmə müddətini 38% azaldır. Eyni şəkildə, 2021-ci ildə New York-da aparılan bir araşdırma, səs-küylü mühitlərdə yaşayan insanların ağ səsə qulaq asdıqları zaman yuxu keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını ortaya qoyub.
         Qəhvəyi səslə bağlı araşdırmalar hələ ağ səs-küy qədər əhatəli deyil. Lakin bir çox insan, bu aşağı tezlikli səslərin xüsusilə həssas qulaqlar üçün daha sakitləşdirici olduğunu ifadə edirlər. Yekun olaraq, hansı səsin daha yaxşı olması ilə bağlı dəqiq elmi nəticə olmasa da, şəxsi üstünlüklərin böyük rol oynadığını söyləmək olar. Bəzi insanlar ağ səs-küyə üstünlük verərkən, bəziləri isə qəhvəyi səs-küyə daha yaxşı rahatlama təmin etdiyini bildirirlər. Bu, tamamilə hansı səsi daha rahatladıcı hesab etməyinizdən asılı olan bir faktordur. Səsin haradan gəlməsi də vacibdir. Bəziləri qulaqlıq istifadə edərkən, digərləri televizor və ya YouTube videolarından gələn səslərə üstünlük verə bilər və bu vəziyyət o qədər də zərərli görünmür.
    Paylaş