
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Elm & Texnologiya
24.05.2024
Aslan
Çoxmərtəbəli binaların tikinti sənayesində inqilabi material olan Çapraz Laminatlı Taxtalardan istifadə oluna bilər.
Çapraz Laminatlı Taxta, ağac və qatranı qat-qat birləşdirərək istehsal olunan çox davamlı tikinti materialıdır. Ümumiyyətlə şam, küknar və ağ şam kimi yumşaq ağaclardan hazırlanan bu materialın istehsalı üçün indi sərt ağaclardan da istifadə olunmağa başlanılıb. Michigan Texnologiya İnstitutunun tədqiqatçıları, bu materialı sərt ağaclardan (ağcaqayın, palıd, tozağacı) istehsal etməyi bacarıblar. Bu yeni üsul, tikinti sənayesində daha güclü və davamlı konstruksiyalar tikmək üçün əlverişli imkanlar təqdim edir.

Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramı-na görə, binalar və tikinti sənayesi qlobal istiləşməyə səbəb olan çirklənmənin 37%-i təşkil edir. Bu, dünyamızın gələcəyi üçün böyük təhlükədir. Sərt ağaclardan hazırlanmış Çapraz Laminatlı Ağac, bu "karbon intensiv" beton və poladı əvəz etməklə ətraf mühitə olan təsirləri xeyli azalda bilər. Yəni bu, daha yaşıl və daha davamlı gələcəyə doğru mühüm bir addımdır.

Sərt ağaclardan istehsal olunan Çapraz Laminatlı Ağac, Şimali Amerika İstehsalat Standartı tərəfindən təsdiqlənməlidir. Təsdiqləmə prosesi başa çatdıqdan sonra bu materialın tikinti sənayesində geniş yayılacağı gözlənilir. Bu, bir neçə ildən sonra baş verərsə, taxta tikinti materialları bazarında böyük artış yaşana bilər. Michigan Dövlət Universitetinin meşə iqtisadiyyatı professoru Raju Pokharel, açıqlamasında "Əgər təsdiq gələrsə, bu, sərt ağacdan istifadə edən ştatlarının iqtisadiyyatı üçün yaxşı olacaq" sözlərini deyib. Təbii ki, tələb artdıqca qiymətlər bir qədər yüksələ də bilər, lakin bu, odun qiymətlərinə böyük təsir göstərməyəcək.

Tədqiqatçılar, həmçinin beton və poladın daha az karbon tutumlu olması üçün araşdırmaları davam etdirirlər. Beton istehsalı prosesi zamanı hava çirkliliyinin tutulması və betona inteqrasiyası və ya polad istehsalı prosesinin tamamilə yenidən qurulması kimi üsullar araşdırılır. Taxta əsrlər boyu tikinti materialı kimi istifadə edilmişdir. Lakin müasir tikinti texnologiyaları ilə birləşdirildikdə, davamlı və ekoloji cəhətdən təmiz bir alternativə çevrilir. Çapraz Laminatlı Taxta, həqiqətən də ekoloji cəhətdən təmiz və davamlı bir alternativ kimi hesab oluna bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
