ASUS ROG Ally adlı portativ oyun konsolu rəsmi şəkildə təqdim edilib - QİYMƏTİ

ASUS ROG Ally adlı portativ oyun konsolu rəsmi şəkildə təqdim edilib - QİYMƏTİ

Texnologiya
12.05.2023 PAYLAŞIM

    Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra ASUS şirkəti sonunda özünün ROG Ally adlı portativ oyun konsolunu təqdim edib. Şirkət bu cihazı ROG seriyasının Windows 11 vasitəsilə çalışan ilk portativ kompüteri adlandırır. ASUS ROG Ally Full HD keyfiyyətdə AAA kompüter oyunlarını (yüksək büdcəli oyunlar) oynamaq üçün nəzərdə tutulub. Çünki portativ oyun konsolunun texniki özəllikləri buna imkan verirlər. Sözügedən oyun konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym IPS ekran ilə təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.


    ROG Ally özündə Dolby Atmos dəstəkli iki ədəd səsgücləndiricini birləşdirir. Süni zəka sistemi isə ola biləcək səs-küyün aradan qaldırılmasını təmin edir. Oyun konsolunda hətta barmaq izi skanı texnologiyası da reallaşdırılıb. Əsas texniki özəlliklərə gəldikdə isə ROG Ally 8 nüvəli AMD Ryzen Z1 Extreme prosessoru, RDNA3 arxitekturası əsasında hazırlanmış Radeon 780M qrafik çipi, DDR5 standartlı 16 GB RAM, 512 GB-lıq SSD (microSD dəstəkli) və 65 vatt gücündə sürətli şarj texnologiyalı 40 vatt saat-lıq batareya ilə təchiz olunub. Portativ oyun konsolu Windows 11 vasitəsilə çalışır. ROG Ally-nin satışlarına gələn ayın ortasında start veriləcək. Onun qiyməti isə 699$ təşkil edəcək. Bu ilin üçüncü rübündə həmçinin onun bir qədər sadələşdirilmiş versiyası təqdim olunacaq. Sadələşdirilmiş versiya AMD Ryzen Z1 prosessoru vasitəsilə çalışacaq və 599$ satış qiymətinə sahib olacaq.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×