Avstriyada ən böyük Ay və Mars koloniya həyatı simulyasiyası işə salınıb
Elm & Texnologiya
23.10.2025
Emil
World’s Biggest Analog Mission (WBA) - Ay və Marsdakı həyatın və fəaliyyətin tarixdəki ən böyük simulyasiyası - Avstriya Kosmik Forumu (OeWF)-un təşəbbüsü ilə rəsmi olaraq başlayıb. Layihədə 5 qitədən 17 təşkilat iştirak edir və onlar gələcəkdə digər planetlərdə yaşayış məntəqələrinin gündəlik əməliyyatlarını modelləşdirirlər. Missiyanın təşkilində əsas rol GMV şirkəti tərəfindən hazırlanmış Operation Support Tool (OST) adlı əməliyyat dəstək sistemi oynayır.
Vyanadakı Missiya Koordinasiya Mərkəzində quraşdırılmış OST sistemi rabitəni təmin edir və Avropa, Afrika, Asiya, Avstraliya və Amerika üzrə müxtəlif nöqtələrdə yerləşən 16 “məskunlaşan” arasında fəaliyyətləri əlaqələndirir. Sistem saat qurşaqlarını sinxronlaşdırır, rabitədəki gecikmələri nəzərə alır, gündəlik rejimə və tədbir cədvəllərinə nəzarət edir. Modul əsaslı OST platforması xüsusi olaraq məskunlaşanların ehtiyaclarına uyğunlaşdırılıb və lazım olan dəqiqlik və etibarlılığı qoruyub saxlayır.
Belə texnologiya və metodların tətbiqi gələcəkdə Yer orbitindən kənarda həyata keçiriləcək pilotlu missiyalara hazırlıq imkanı yaradacaq. Əldə edilən məlumatlar Ay və Marsda məskunlaşacaq astronavtların təhlükəsizliyini təmin edəcək prosedurların, protokolların və texnologiyaların hazırlanması üçün əsas baza rolunu oynayacaq. Bundan əlavə, layihə qlobal səviyyədə əməkdaşlıq və müasir texnologiyaların Yer xaricindəki həyatın mürəkkəbliyini qənaətbəxş səviyyədə modelləşdirib-modeləşdirə bilməyəcəyini göstərəcək. Ola bilər ki, bu cür tərəfdaşlıq insanın kosmosu real şəkildə mənimsəməsi üçün fundamental əsasları formalaşdırsın.
Paylaş