
Ayın uzaq keçmişdə Yerin bir hissəsi olmasına dair sübut əldə edilib
Elm & Texnologiya
10.04.2025
Emil
Çin tərəfindən həyata keçirilmiş “Chang’e-6” missiyası ilə Yerə gətirilmiş Ay süxur nümunələrinin yeni tədqiqatı, Ayın görünməyən tərəfindəki mantiyada suyun miqdarının, Yerə yaxın tərəfindəki mantiyaya nisbətən daha az olduğunu göstərir. Həmçinin əldə edilən nəticələr Ayın nəhəng toqquşma nəticəsində yaranması barədə olan nəzəriyyəni də təsdiqləyir. Ayın yaranmasına dair aparıcı fərziyyələrdən biri olan və "Ayın toqquşma nəticəsində formalaşması modeli" kimi tanınan bu nəzəriyyə, təxminən 4.5 milyard il əvvəl Mars ölçüsündə nəhəng bir protoplanetin gənc Yerə çırpıldığını, və bu toqquşma nəticəsində kosmosa atılan qalıqlardan Ayın formalaşdığını iddia edir.

Alimlər bildirirlər ki, “Chang’e-6” missiyası ilə Ayın görünməyən tərəfindən toplanan süxur nümunələrinin yeni təhlili bu fərziyyə ilə tam uzlaşır. Xatırladaq ki, Çin istehsalı olan "Chang’e-6" eniş modulu Ayda yerləşən ən böyük kraterə - eyni zamanda Günəş sisteminin də ən böyük krateri hesab olunan, 2500 km enində olan Cənub qütbü-Eytken hövzəsinə 2024-cü ilin iyun ayında eniş edib. Modul Ayın arxa tərəfində eniş həyata keçirib. O, təxminən 2 kq ay süxuru nümunəsi toplayıb və bu nümunələr xüsusi kapsul vasitəsilə Yerə çatdırılıb. Qeyd edək ki, alimlər ilk dəfə olaraq Ayın görünməyən tərəfindən süxur nümunələri əldə ediblər.

Alimlər bu nümunələri analiz edərək Ayın mantiyasındakı su miqdarının, Ayın toqquşma nəticəsində formalaşması modelinə uyğun olub-olmadığını müəyyən etmək istəyirlər. Bu fərziyyəyə əsasən, Ayın arxa tərəfindəki mantiyada su miqdarı, ön tərəfə nisbətən daha az olmalıdır. Bu nəzəriyyənin sübutlarından biri Ay səthindəki torium miqdarına əsaslanır. Maqma, mantiyanın daxilindəki ərintidən yaranır. Bu zaman torium və su ərintidə qalır, kristallik minerallar yaratmır. Ayın Yerə baxan tərəfində, gözlənildiyi kimi, torium ilə zəngin bölgələr mövcuddur. Lakin Cənub qütbü–Eytken hövzəsində səthdə torium miqdarı daha azdır.
Bu krater, Ayın arxa tərəfində toriumun səthdə müşahidə olunduğu nadir yerlərdən biridir. Bu da həmin bölgəni formalaşdıran toqquşmanın, mantiyadan ərintini səthə çıxarmasına imkan yaratdığını göstərir. Əgər bu kraterdə torium miqdarı azdırsa, bu o deməkdir ki, mantiyada da su miqdarı azdır. Vulkanik süxurun analizi göstərib ki, Ayın arxa tərəfindəki mantiyada hər qram nümunədə cəmi 1-1.5 mikroqram su var. Bu da alimlərin modelləşdirmə nəticələri ilə üst-üstə düşür. Bu nəticə göstərir ki, Ayın arxa tərəfindəki mantiyada suyun miqdarı, ön tərəfə nisbətən xeyli azdır. Əvvəlki tədqiqatlar Ay nümunələrində hər qramda 200 mikroqramadək su olduğunu göstərmişdi.
"Chang'e-6" missiyası:

Alimlər bildirirlər ki, yeni məlumatlar Ayda suyun iki tərəf arasında qeyri-bərabər paylandığını göstərir. Bu isə Ayın iki tərəfi arasındakı daha bir fərqdir. Artıq məlumdur ki, Ayın ön və arxa tərəfləri arasında topologiya, vulkanizm, səthin yaşı və torium miqdarı baxımından fərqlər mövcuddur. Alimlər deyirlər ki, Ayın yaranması və sonrakı təkamülünü izah edən istənilən fərziyyə bu fərqləri də açıqlamalıdır. Tədqiqatın müəllifləri bildirirlər ki, Ay mantiyasındakı su miqdarındakı fərq, Cənub qütbü–Eytken hövzəsini formalaşdıran güclü toqquşmanın nəticəsi ola bilər. Digər tərəfdən, bu fərq Ayın yaranması zamanı, çox qədim keçmişdə suyun Ay daxilində qeyri-bərabər şəkildə paylanmasının göstəricisi də ola bilər. Mümkündür ki, mantiyanın daha əvvəl formalaşmış hissəsində su miqdarı, daha sonra yaranmış hissələrə nisbətən azdır.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Günəş sistemindən kənarda Yerə bənzər planetdə ilk dəfə atmosfer aşkar edilib
L 98-59 c adlı qaya tipli planet, qırmızı cırtdan tipli bir ulduzun ətrafında fırlanır və bizdən 35 işıq ili uzaqlığında yerləşir - bu da kosmik ölçülərə görə yaxın məsafə hesab olunur.

Elm & Texnologiya
Yer üçün təhlükəli hesab edilmiş 2024 YR4 asteroidinin mənşəyi təyin edilib
Arxiv.org saytında 2024 YR4 adlı asteroidə dair ilk hərtərəfli qiymətləndirməni təqdim edən bir tədqiqat işi dərc olunub. Bu məqalə astronomiya sahəsində ən nüfuzlu elmi jurnallardan biri olan The Astrophysical Journal Letters üçün hazırlanıb.

Elm & Texnologiya
Qara dəliklər bizləri tükənməz enerji mənbəyi ilə təmin edə bilərlər
Qara dəliklər gələcəkdə bəşəriyyətin enerji problemlərini həll edə biləcək təmiz və demək olar ki, tükənməz enerji mənbəyi ola bilərlər. Fiziklər bu enerjinin hansı şəkildə əldə oluna biləcəyini izah ediblər.

Elm & Texnologiya
Saturnun peyki Titanda mikroblar mövcud ola bilər
Alimlərin fikrincə, Saturnun peyki olan Titanın üzərində inkişaf etmiş biosfer mövcud ola bilər, çünki orada xüsusilə metandan ibarət qlobal üzvi maddələr okeanı mövcuddur.

Elm & Texnologiya
Nəsli kəsilmiş canavar növü yenidən həyata qaytarılıb (VİDEO)
Qorxunc canavarlar (direwolf) məşhur “Game of Thrones” serialı sayəsində tanınıblar, lakin bu növ təxminən 12 500 il əvvəl məhv olub. İndi isə biotexnologiya şirkəti olan Colossal Biosciences-in gen mühəndisləri sayəsində bu möhtəşəm yırtıcılar yenidən dünyaya qayıdıb və “dünyada ilk diriltmə nümunəsi” kimi tarixə düşüblər.
Ən çox oxunanlar

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
