
Bakı yenidən GMT +4-ə qayıtdı (iOS 9.3.2)
Elm & Texnologiya
07.05.2017
Farid
iOS istifadəçiləri Mart ayının sonunda xoşa gəlməz bir problemlə qarşılaşdılar. Bütün dünyadan xəbərsiz saatları irəli çəkməməyi qərara alan Azərbaycan rəsmiləri bütün smartfon istifadəçilərini çətin vəziyyətdə qoydu. Uzun müddət Bakı GMT +5 saat qurşağında göstərildi. iOS-da da bu problem öz sözünü dedi. Xeyli sayda insanda çaşqınlıq yarandı və biz Technote kollektivi olaraq onlara saat qurşaqlarını Abu Dabi seçməyi məsləhət görmüşdük. Lakin iOS-un son yenilənməsindən sonra Bakı yenidən GMT +4 saat qurşağına qayıtdı. Artıq cihazlarınızda saatınızın avtomatik yenilənməsini tam rahatlıqla yandıra bilərsiniz.
Paylaş
Bənzər xəbərlər