main-post-cover

    'Barama Fintech Hackathon 2017' - proqramçıların 'müharibəsi' başladı (ƏN YAXŞI FOTOLAR)

    Elm & Texnologiya
    28.10.2017
    Farid Pardashunas
        ADA Universitetində keçirilən "Hackathon"a seçilmiş 15 komanda bugün səhər saatlarından etibarən yarışa qoşulublar. Püşkatma vasitəsilə komandaların kapitanları mövzu seçimində iştirak etməklə, hazırlayacaqları tətbiqin mövzusunu seçiblər. Komandaların hər birinə "Fintech" mövzusunda müxtəlif tapşırıqlar verilib.
        Səhər yeməyi ilə başlayan açılışdan sonra proqramçılara verilən tapşırığın yerinə yetirilməsi üçün cəmi 36 saat vaxt ayrılıb. Bu da o deməkdir ki, növbəti 36 saat ərzində proqramçıların ərazini tərk etməsi qadağandır. 3 nəfərdən ibarət olan komandalar, tapşırığa uyğun, "Fintech" mövzulu həll hazırlamalıdır. 36 saatın sonunda hazırlanan tətbiqin kodları elə ordaca, təşkilatçıların yaratdığı "cloud" əsaslı hesaba daxil edilməlidir. 36 saat sonra texniki dəyərləndirmə heyyəti, yazılan kodu təyin olunmuş meyarlar əsasında dəyərləndirəcək. 1 Noyabr tarixində isə iştirakçıların, münsiflər heyyəti önündə yekun təqdimatları olacaqdır. 
        Qeyd edək ki, proqramçılar üsün əsas olan kod hissəsinin tərtibatıdır. Nəzərinizə çatdıraq ki, dəyərləndirmədə 60% üstünlük yazılan koda verilir. Proqramçıların hazır kodlardan istifadə etməsi isə qadağandır. Önümüzdəki, saatlarda isə proqramçıları, Özsüt nahar fasiləsinə dəvət edəcək. Qeyd edək ki, yarışın əsas dəstəkçisi Azercell, PAŞA BankADA Universitetidir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi isə bu tədbiri həyata keçirən əsas orqandır. Tədbirin media yayım hüquqları isə Technote.az informasiya portalına sahibdir. Yarışdan çəkdiyimiz ilkin görüntüləri sizinlə bölüşürük. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər