Beats Studio Buds+ naqilsiz qulaqlığının qutu fotoları ortaya çıxıb

Beats Studio Buds+ naqilsiz qulaqlığının qutu fotoları ortaya çıxıb

Texnologiya
15.05.2023 PAYLAŞIM

    Biz dəfələrlə məlumat vermişik ki, Apple şirkəti Beats Studio Buds+ naqilsiz qulaqlığı üzərində çalışır. Görünür, Beats brendi altında hazırlanan yeni naqilsiz qulaqlığın satışlarına yaxın zamanda start veriləcək. Belə ki, insayderlər sözügedən naqilsiz qulaqlığın qutusunun fotolarını təqdim ediblər. Beats Sudio Buds+ ABŞ-ın Best Buy adlı mağazasında aşkar edilib. Təqdim edilmiş fotolardan da görmək olar ki, satışa çıxacaq Beats Studio Buds+ versiyalarından biri şəffaf gövdə dizaynına sahib olacaq.


    Yeni naqilsiz qulaqlıqlar xarici görünüşcə Beats Studio Buds-dan heç də fərqlənməyəcəklər. Bununla belə Beats Studio Buds+ modeli ətraf səs-küyün daha yaxşı şəkildə boğulması funksiyasını və yaxşılaşdırılmış şəffaf rejimi əldə edəcək. Yeni naqilsiz qulaqlıq MediaTek prosessoru vasitəsilə təchiz olunacaq. Qulaqlıqlar şarj keysi ilə birlikdə ümumilikdə 36 saat ərzində çalışa biləcəklər. Beats Studio Buds+ modelinin satışlarına artıq bu ayın sonunda start verilə bilər.



DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×