
Biofarminq texnologiyası ev şəraitində dərman hazırlamağa imkan verəcək
Elm & Texnologiya
19.03.2025
Emil
Kanadadan olan bir qrup tələbə-tədqiqatçı biotexnologiya əsasında dərman istehsalı üçün yeni bir texnologiya təqdim edib. Bu innovativ yanaşmaya ilham verən səbəb son dövrlərdə diabet və piylənmənin müalicəsi üçün istifadə olunan Ozempic və onun analoqları kimi dərmanların ciddi çatışmazlığı olub. Yeni metodun əsas prinsipi ondan ibarətdir ki, gələcəkdə xəstələr ehtiyac duyduqları dərmanları ev şəraitində yetişdirə biləcəklər. Gen mühəndisliyi sayəsində bitkilər spesifik peptidlərin sintezi üçün molekulyar obyektə çevrilir. Bu isə dərman istehsalını daha əlçatan və sərfəli etməyə imkan verə bilər.

Phytogene texnologiyası, bitkilərin genomuna istənilən peptid ardıcıllığını daxil etməyə imkan verir, bu da dərman sintezi üçün vacibdir. Bundan sonra GMO bitkilərinin molekulyar mexanizmləri böyük miqdarda peptid istehsal edir və bu peptidlər sonradan çıxarıla bilər. Bu biofarminq texnologiyası, bitki əsasında dərman peptidlərinin istehsalı üçün daha əlçatan və ekoloji cəhətdən daha təmiz bir alternativ yaradır. Tədqiqatçılar ilk mərhələdə Nicotiana benthamiana bitkisindən istifadə edərək qlükaqonabənzər peptid-1 (GLP-1) reseptor aqonistlərinin - semaqlutidin istehsalına fokuslanıblar.
İlk peptidlər artıq qanın qlükoza və insulin səviyyəsinə təsiri baxımından ilkin sınaqlardan keçir. Növbəti mərhələdə bu texnologiyanın insan hüceyrələrində effektivliyi qiymətləndiriləcək. “Biz elə bir gələcək yaratmağa çalışırıq ki, insanlar sığorta, qiymət və ya əlçatanlıq barədə narahat olmadan öz dərmanlarını evdə yetişdirə bilsinlər” - deyə araşdırmanın həmmüəllifi Victor Boddy bildirib.
Mənbə: University of Ottawa
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yerə düşən meteoritlər itirilmiş bir planetin qalıqları ola bilərlər
Yerə düşən anomaliyaya malik meteoritlər, Merkuriyə bənzər, lakin itirilmiş bir planetin qalıqları ola bilərlər. Alimlər hesab edirlər ki, bu planet Günəş sisteminin erkən dövrlərində məhv olub. Yerə düşən meteoritlərin əksəriyyəti ortaq mənşəyə malikdir və onları müəyyən qruplara bölmək mümkündür.

Elm & Texnologiya
Yeni plastik çirklənmə mənbəyi aşkar edilib
Araşdırmalar göstərir ki, mikroskopik plastik hissəcikləri artıq torpağa, havaya və su hövzələrinə nüfuz edib. Hətta insan orqanizmində və delfinlərin ağciyərlərində belə aşkar edilib. İndi alimlər daha bir gözlənilməz plastik çirklənmə mənbəyi tapıblar.

Elm & Texnologiya
Zamanın başladığı yer: Qara dəliklərin hara apardıqlarına dair fərziyyə irəli sürülüb
Albert Eynşteyn və onun Ümumi Nisbilik Nəzəriyyəsi bildirirdi ki, qara dəliyin daxilində heç nə sağ qala bilməz, çünki onun mərkəzində sinqulyarlıq yerləşir. Bu nöqtədə bütün materiya və zaman sonsuz sıxlığa malik bir nöqtəyə yığılır və burada fəza və zaman anlayışları yox olur.

Elm & Texnologiya
Günəş sistemindən kənardakı planetlərdə həyat üçün vacib element müşahidə edilib
Astronomlar, James Webb kosmik teleskopu vasitəsilə ilk dəfə olaraq Günəş sistemimizdən kənar planetlərin atmosferində karbon qazını birbaşa müşahidə ediblər. Karbon qazı Yer üzündə həyati proseslərin ayrılmaz hissəsidir.

Elm & Texnologiya
Planetimizdə həyatın necə formalaşmasına dair daha bir fərziyyə təklif edilib
Planetimizin tarixi 4.5 milyard ildən çoxdur və bu müddət ərzində Yer saysız-hesabsız canlı növlərinin məskəni olub. Lakin ən erkən həyat Yerdə necə meydana gəlib?
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
