main-post-cover

    Bir orta məktəb şagirdi quş nəcisindən xərçənglə mübarizə aparan maddə kəşf edib!

    Elm & Texnologiya
    06.12.2024
    Farid Pardashunas

         ABŞ-da elm üzrə təhsil proqramına qatılan bir orta məktəb şagirdi qaz nəcisi üzərində apardığı araşdırmada xərçənglə mübarizə aparmağa qadir bir birləşmə aşkar edib.

         Sözügedən məktəbli şagird ilk olaraq, araşdırmaq üçün laboratoriyaya qaz nəcisi gətirib. Daha sonra isə Illinois Universitetindən tədqiqatçıların nəzarəti altında analizlər aparıb və bu nəcisdə antibakterial aktivlik göstərən bakteriyanı təcrid etməyi bacarıb. Nəcis üzərində aparılan analizlər göstərib ki, bu bakteriyanın istehsal etdiyi bir birləşmə xərçənglə mübarizə xüsusiyyətinə malikdir. Bu kəşf, elm tarixində ilk dəfə qeydə alınıb.
         Şagird bu tədqiqatı, dostları ilə birlikdə, gənc tələbələrin elmi karyeralarını təcrübə yolu ilə dəstəkləməyi hədəfləyən 14 həftəlik təhsil proqramının bir hissəsi olaraq həyata keçirib. Bu proqram çərçivəsində yeni antibiotiklərin axtarışı və bakteriyaların təhlili də daxil olmaqla müxtəlif mövzular tələbələrə öyrədilib.
         Qaz nəcisini araşdıran şagird proqramın sonunda "Pseudomonas idahonensis" adlı bakteriyanı təcrid etməyi bacarıb. Məlum olub ki, bu bakteriya, dəri infeksiyasına səbəb olan digər bakteriyaların böyüməsini 90%-dən çox azalda bilir. Həmçinin, əvvəllər məlum olmayan orfamid N adlı bir maddə istehsal etdiyi aşkarlanıb. Testlərdə bu maddənin melanoma və yumurtalıq xərçəngi hüceyrələrinin böyüməsini ləngitdiyi müəyyən edilib. Araşdırma nəticələrinə dair dərc edilən məqalədə qeyd olunub ki, bu antibiotik aktivliyi göstərən birləşmə ilə bağlı daha geniş məlumat əldə etmək üçün işlər davam etdirilir. Orta məktəb şagirdi isə bu işdə həmmüəllif olaraq iştirak edib. Tədqiqat ACS Omega jurnalında dərc edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tədqiqatçılar Sibir ərazilərində 35.000 il əvvələ aid donmuş qılınc dişli pişik balası tapıblar!
    tedqiqatcilar-sibir-erazilerinde-35000-il-evvele-aid-donmus-qilinc-disli-pisik-balasi-tapiblar
    Yeni bir araşdırma yuxuya ehtiyac olmadan beyin funksiyalarını yaxşılaşdırmağın mümkün olduğunu ortaya qoyub!
    yeni-bir-arasdirma-yuxuya-ehtiyac-olmadan-beyin-funksiyalarini-yaxsilasdirmagin-mumkun-oldugunu-ortaya-qoyub
    Bir zamanlar xəyal etdiyimiz "ətirlərin rəqəmsallaşdırılması" texnologiyası artıq reallığa çevirilməyə başlayır!
    bir-zamanlar-xeyal-etdiyimiz-etirlerin-reqemsallasdirilmasi-texnologiyasi-artiq-realliga-cevirilmeye-baslayir
    Antimaddəni daha yaxşı anlamağımıza kömək edəcək yeni sistem hazırlanıb!
    antimaddeni-daha-yaxsi-anlamagimiza-komek-edecek-yeni-sistem-hazirlanib
    Tək bir əsas fermentin bloklanması Altsheymer xəstəliyinin təsirlərini geri qaytara bilər!
    tek-bir-esas-fermentin-bloklanmasi-altsheymer-xesteliyinin-tesirlerini-geri-qaytara-biler