Logo
    main-post-cover

    Bir zamanlar xəyal etdiyimiz "ətirlərin rəqəmsallaşdırılması" texnologiyası artıq reallığa çevirilməyə başlayır!

    Elm & Texnologiya
    02.12.2024
    Farid

         Rəqəmsal dünyada vizual və eşitmə məzmunlarının sürətlə yayılması ilə bəşəriyyət yeni bir dövrün astanasına gəlib. Bəs artıq qoxuları rəqəmsal formada ala biləcəyimiz bir sistem yaranır desək, necə olar?

         Osmo tərəfindən hazırlanmış texnologiya, bu vəziyyəti dəyişdirmək və qoxuları rəqəmsal mühitə inteqrasiya etməkdə uğur qazanmış kimi görünür. Bəs, bu necə mümkün olur? Bu transformasiyanın ən maraqlı nümunələrindən biri də qoxu dünyasının rəqəmsallaşdırılması olub. Alex Wiltschko-nun rəhbərlik etdiyi Google Research komandası, qoxunun rəqəmsal mühitdə işlənməsi və ötürülməsi ilə bağlı mühüm addımlar ataraq bu sahədəki yenilikləri bir təşəbbüsə çevirmək üçün Osmo-nu qurub. Osmo, qoxuları rəqəmsallaşdırmaqda qabaqcıl bir həll sərgiləyərək sağlamlıq, təhlükəsizlik və rifah baxımından insan həyatını yaxşılaşdırmağı hədəfləyir.
         Bu texnologiyanı mümkün edən əsas cihazlardan biri Qaz Xromatoqrafiyası-Kütlə Spektrometiyası (GCMS) olub. Bu cihaz vasitəsilə qoxu molekulları analiz edilir və alınan məlumatlar rəqəmsal mühitdə işlənir. Analiz edilən qoxu molekulları, süni intellekt dəstəyi ilə hazırlanmış Əsas Qoxu Xəritəsi (POM) vasitəsilə yenidən formalaşdırılır və maye şəklində əldə edilir. Bu proses, qoxuların rəqəmsal mühitdə təmsil olunmasını və daha mürəkkəb qoxu formullarının dəqiqliklə analiz edilərək təkrarlanmasını mümkün edir.
         Ətir sənayesini dəyişdirmək məqsədi də bu təşəbbüsün ən diqqətçəkən aspektlərindən biridir. Dərin öyrənmə texnikalarından istifadə edərək qoxu molekullarını təxmin edə bilən Osmo, ətraf mühitə dost və təhlükəsiz yeni aromatik molekullar hazırlamağı hədəfləyir. Qrafik neyron şəbəkələri ilə edilən molekul təxminləri, təbiətdəki qoxu komponentlərinin davamlılığını artırmaq potensialına malikdir. Bundan əlavə, Osmo-nun ətir sənayesindəki inqilabi uğuru süni intellekt sayəsində əvvəllər illərlə davam edən prosesləri 4 dəfə sürətləndirərək daha əvvəl qoxulanmamış yeni molekulların inkişafını mümkün edib.
    Paylaş
    Bənzər xəbərlər
    antimaddeni-daha-yaxsi-anlamagimiza-komek-edecek-yeni-sistem-hazirlanib
    Elm & Texnologiya

    Antimaddəni daha yaxşı anlamağımıza kömək edəcək yeni sistem hazırlanıb!

    Antimaddəni daha yaxşı başa düşmək üçün istiliyi sürətlə azaltmağın vacib olduğunu düşünən alimlər, bu fenomeni daha dərindən araşdırmağa imkan verən bir soyutma sistemi hazırlayıblar.
    bu-sirket-istifadecilerine-gunes-isigi-satir-bes-nece
    Elm & Texnologiya

    Bu şirkət, istifadəçilərinə günəş işığı satır: Bəs necə?

    Təsəvvür edin ki, qaranlıq bir gecədə bir tətbiq vasitəsilə istədiyiniz nöqtəni günəş işığı ilə işıqlandıra bilirsiniz. Qulağa inanılmaz gəlir, elə deyilmi?
    tek-bir-esas-fermentin-bloklanmasi-altsheymer-xesteliyinin-tesirlerini-geri-qaytara-biler
    Elm & Texnologiya

    Tək bir əsas fermentin bloklanması Altsheymer xəstəliyinin təsirlərini geri qaytara bilər!

    Tək bir fermentin bloklanması, Altsheymer xəstəliyinin təsirlərini geri qaytarmaqda böyük üstünlük təmin edə bilər.
    bir-universitet-telebesi-oksigen-istehsalini-teqlid-ede-bilen-ipek-yarpaq-hazirlayib
    Elm & Texnologiya

    Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!

    Alimlər qlobal karbon emissiyalarının və urbanizasiyanın sürətlə artdığı bu dövrdə, şəhər mühitini qorumaq və dayanıqlı həllər yaratmaq üçün daim çalışırlar. Bu səylərin nəticəsi olaraq bir universitet tələbəsi oksigen istehsalını təqlid edən bir material yaratmağı bacarıb.
    aparilan-bir-arasdirmaya-gore-tezyiq-dermaninin-heyvanlarin-omrunu-uzada-bileceyi-mueyyen-edilib
    Elm & Texnologiya

    Aparılan bir araşdırmaya görə, təzyiq dərmanının heyvanların ömrünü uzada biləcəyi müəyyən edilib!

    Yeni bir araşdırma, təzyiq dərmanı rilmenidinin heyvanlarda ömrü uzada biləcəyini və sağlamlıq göstəricilərini yaxşılaşdıra biləcəyini ortaya çıxarıb.