main-post-cover

    'Biz artıq insanla robotun birləşməsi dövrünə qədəm qoymuşuq'

    Elm & Texnologiya
    11.12.2017
    Farid Pardashunas
    Məşhur Y Combinator vençur fondunun prezidenti və OpenAI qeyri-kommersiya təşkilatının rəhbərlərindən biri olan Sam Altman düşünür ki, insanlar artıq sinqulyarlıq dövrünə keçid ediblər.
    Onun fikrincə insanla robotun birləşməsi 2025-2075 illər arasında baş verəcək. Sinqulyarlıq Silikon Vaidisində ən çox müzakirə olunan mövzulardan biridir. Altman-ın fikrincə insanlar artıq kotəkamül (təkamül nəticəsi yeni təkamül dəyişiklikləri) fazasında yerləşirlər. Süni zəka bizi təkmilləşdirir, biz isə onu. İnsanlar böyük hesablayıcı güclər yaradaraq onların əsasında süni zəkanı işə salır, süni zəka isə daha güclü çipin yaradılmasının necə mümkün olduğunu öyrənir. Çox güman ki, bu prosesi artıq dayandırmaq qeyri-mümkündür. İnsan növü çox lovğadır və o, özündən də ağıllı bir varlığı yarada biləcəyini etiraf edə bilmir.

    Bizim öz-özümüzə qiymət vermə özəlliyimiz zəkamızın əsasında elə sıx qurulub ki, biz Yer kürəsində insan növünü geridə qoyacaq bir şeyin ola bilməyəcəyinə əminik. Heç istisna deyil ki, süni zəka da bu cür lovğalığa sahib olacaq və insan ilə şimpanze arasındakı fərqi görməyəcək. Robot ilə insanın birləşməsi müxtəlif formalarda ola bilər. Beynimizə elektrodların yeridilməsindən tutmuş, çatbotlarla yaxın dostluqlara kimi. Birləşmək insanlar üçün ən yaxşı ssenaridir. Belə ki, hakimliyə yönəlik iki növün qarşı-qarşıya gəlməsi, nəticəsinin təsəvvürdə belə qorxunc olan münaqişəyə gətirib çıxardır. Altman-ın fikrincə dünyanın həmin prosesi ciddiyə qəbul edərək onu koordinatlaşmağa başlamağı əla olardı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər