main-post-cover

    BMW i5 seriyasında iki yeni elektrikli sedan təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    25.05.2023
    Emil Nəcəfov
        BMW şirkəti i5 seriyasının elektrikli sedanının tamamilə yeni versiyasını təqdim edib. O, iki versiyada təqdim edilib. BMW i5 M60 xDrive i5 eDrive40. Hər iki elektromobil güclü mühərrik, yeni gövdə və təkmilləşdirilmiş multimedia sistemi ilə təchiz olunub. Bununla yanaşı bu elektromobillər bir dəfə şarj olunandan sonra daha çox yol qətt edə bilirlər. BMW i5 eDrive40 modeli 313 at gücündə olan bir ədəd elektrikli mühərrik ilə təchiz olunub. Sözügedən model saatda 100 km sürəti 5.7 saniyəyə yığır. Bununla belə bir dəfə şarj olunandan sonra o, 475 km yol qətt edə bilir.
        BMW i5 M60 xDrive modelinə gəldikdə isə o, 517 at gücündə olan bir ədəd elektrikli mühərrik ilə təchiz olunub. O, saatda 100 km sürəti 3.7 saniyəyə yığır. Lakin i5 eDrive40-dan fərqli olaraq i5 M60 xDrive modeli bir dəfə şarj olunandan sonra 412 km yol qətt edə bilir. Məlumatda qeyd edilib ki, i5 M60 xDrive modeli My Mode Sport rejiminə sahibdir. Bu rejim vasitəsilə elektromobilin mühərrik göstəricisi 601 at gücünə çatır. Elektromobillərdə bəzi avtopilot funksiyaları da reallaşdırılıb. Belə ki, onlar parking prosesi zamanı köməkçi sistem və arxa istiqamətdə hərəkət zamanı istifadə edilə bilən köməkçi sistem ilə təchiz olunublar.
        Hər iki elektromobil 205 kilovatt saat güclü sürətli şarj texnologiyasını dəstəkləyir. Onun sayəsində elektromobillərin batareyaları 30 dəqiqə ərzində 10%-dən 80%-ə qədər enerji ilə təmin olunurlar. Elektromobillərin standart versiyalarının salonlarında süni dəri ilə əhatə olunmuş idman oturacaqları, 6 ədəd səsgücləndiricidən ibarət audio sistem və 14.9 düym ölçülü sensorlu ekran mövcuddur. BMW i5 M60 xDrive modeli 85 750$-a, i5 eDrive40 modeli isə 68 800$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər