
Böyük İT şirkətlər diqqət mərkəzində. CCleaner tətbiqində virus yaymış hackerlərin əsl məqsədləri bəlli oldu
Elm & Texnologiya
22.09.2017
“Talos” adlı tədqiqat şirkəti, məşhur CCleaner tətbiqinə virus yeritmiş hackerlərin əsl məqsədləri haqqında xəbər verib.
Onlar 20-ə yaxın İT şirkətə
kiberhücum reallaşdırmağı planlaşdırırmışlar. Mütəxəssislər, CCleaner tətbiqindəki
virusu incələyərək öyrəniblər ki, onu, böyük İT şirkətlərin kompüterlərini
yoluxdurmaq üçün planlaşdırıblar. Həmin şirkətlər arasında “Samsung”, “Google”,
“Microsoft”, “Sony”, “HTC”, “D-Link”, “LinkSys” və daha 13 şirkət var.
Sözügedən
virus, özünü digər viruslar kimi qələmə verirdi. Əslində isə o, yoluxmuş
kompüterlərin məlumat bazasını incələyir və onların arasında həmin şirkətlərə məxsus
kompüterlərin olub-olmadığını axtarırdı. Bu cür kompüterin aşkar olunması
halında virus öz gizli hissəsini işə salırdı. Belə ki, o, şirkətlər barəsində
gizli məlumatları əldə etməi idi. Bu barədə Engadget saytı xəbər verir.
CCleaner
tətbiqinin sahibi olan “Avast” şirkəti, İT şirkətlər üçün planlaşdırılmış bu
virusun əsl məqsədlərini təsdiq edib. Mütəxəssislərin qiymətləndirmələrinə görə
şirkət kompüterlərinə edilmiş kiberhücumların 50%-i uğurla həyata keçirilib.
Lakin kiberhücumlardan bəziləri yalnız bir kompüterə edilib. Buna görə də baş
vermiş zərər o qədər də böyük deyil.
Mütəxəssislər həmçinin müəyyən ediblər ki,
virusun hazırlanmasında Group 72 və Axiom adlı hacker qruplaşmalarının izləri
var. Həmin hacker qruplaşmalarının isə Çin ilə əlaqəli olduqları güman olunur. Qeyd edək ki, bir neçə gün
bundan öncəki xəbərimizdə bildirilmişdi ki, məşhur CCleaner tətbiqindən istifadə
etmiş 2.27 milyon insanın məlumatları oğurlanıb.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...