Logo
    Məşhur CCleaner tətbiqinin 2.27 milyon istifadəçisinin məlumatları oğurlandı

    Məşhur CCleaner tətbiqinin 2.27 milyon istifadəçisinin məlumatları oğurlandı

    Bir çoxlarınız kompüterin yaddaşını təmizləyən məşhur CCleaner tətbiqi ilə tanışsınız.

    Bu tətbiq, kompüterin yaddaşındakı lazımsız faylların tapılması və pozulması üçündür. Bəzən onun vasitəsilə cihazda bir neçə GB yer də azad etmək olur. Lakin gözlənilmədən məlum oldu ki, CCleaner tətbiqi, hackerlər tərəfindən hack olunub. Təhlükəsizlik üzrə fəaliyyət göstərən “Cisco Talos” şirkəti təyin edib ki, tətbiqin son versiyalarında külli miqdarda viruslar var. Mütəxəssislər həmin virusları, 15 Avqust tarixində təqdim olunmuş 32-bit versiyalı CCleaner 5.33.6162-də və 15 Avqust tarixində təqdim olunmuş CCleaner Cloud 1.07.3191-də aşkar ediblər. Tətbiqin yaradıcısı “Piriform” şirkəti bildirib ki, viruslara yoluxmuş tətbiqi, 3% istifadəçi (2.27 milyon insan) yükləyib. Tətbiqdə olmuş zərərli kod, hackerlərin serverlərinə istifadəçilərin kompüter adlarını, IP ünvanları, yazılmış tətbiqlərin siyahısını və s. kimi məlumatları göndərib. Bütün CCleaner istifadəçilərinə, tətbiqin son versiyasına kimi yenilənməyi və virusların olma ehtimalına görə öz kompüterlərini yoxlamaq məsləhət görülür.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur CCleaner tətbiqinin 2.27 milyon istifadəçisinin məlumatları oğurlandı