main-post-cover

    Bu ilki iPhone'larda Lightning girişi USB-C ilə əvəz oluna bilər

    Elm & Texnologiya
    11.06.2019
    Farid Pardashunas
        Son bir neçə il ərzində Apple şirkəti öz məhsullarına USB-C (USB Type-C) girişini inteqrasiya edir. Hal hazırda həmin giriş ilə iPad Pro planşetləri və Mac seriyasına daxil olan noutbuk ilə kompüter modelləri təchiz olunurlar. Lakin bu il USB-C girişi həmçinin iPhone modellərinə də inteqrasiya oluna bilər. Bu barədə Macdigger saytı xəbər verib. 2012-ci ildə iPhone 5 smartfon modelinin işıq üzü görməsi ilə Apple şirkəti iPhone və iPad modellərində Lightning girişindən istifadə edirdi.

        Lightning girişindən imtina edilməsinə işarə isə bir müddət əvvəl təqdim olunmuş iOS 13 əməliyyat sistemində aşkar edilib. Əvvəllər iPhone-nun və ya iPad-in bərpa olunma ekranında Lightning naqili və iTunes loqosu əks olunurdu. Lakin iOS 13 əməliyyat sisteminin birinci beta versiyasında smartfonun bərpa olunma ekranında USB-C naqili (həmin naqilə çox bənzəyir) ilə MacBook kompüteri əks olunur. Bunun həqiqət olub-olmaması çox güman ki, bu ilin sentyabr ayında bilinəcək. Belə ki, məhz həmin vaxtda Apple şirkəti yeni iPhone modellərini təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər