Bu şirkət, istifadəçilərinə günəş işığı satır: Bəs necə?
Elm & Texnologiya
29.11.2024
Farid Pardashunas
Təsəvvür edin ki, qaranlıq bir gecədə bir tətbiq vasitəsilə istədiyiniz nöqtəni günəş işığı ilə işıqlandıra bilirsiniz. Bəs bu, necə baş verir?
Kaliforniya mərkəzli Reflect Orbital şirkəti, Ben Nowack tərəfindən qurulmuş və məhz bunu mümkün etməyi hədəfləyir. Şirkət bu məqsədi həyata keçirmək üçün kosmosa nəhəng ölçülü əks etdirici güzgülər göndərməyi planlaşdırır. Bu güzgülərin Yer orbitində xüsusi bir peykə yerləşdirilməsi və həmin peykin güzgüləri idarə edərək günəş işığını seçilmiş bölgəyə yönləndirməsi nəzərdə tutulur. Bunu həyata keçirmək üçün istifadəçilərin mobil tətbiq və ya şirkətin veb saytı vasitəsilə fəaliyyət göstərən bir sistemdən istifadə etmələri tələb olunur.
İstifadəçilər xəritə üzərində istədikləri nöqtəni seçərək koordinatları daxil edir və həmin bölgənin həqiqi günəş işığı ilə işıqlandırılmasını təmin edə bilirlər. Bu texnologiyanın müxtəlif məqsədlərə xidmət edə biləcəyi qeyd olunur. Əyləncə və şou məqsədli işıqlandırmadan tutmuş enerji istehsalını fasiləsiz həyata keçirməyə qədər bir çox sahədə tətbiq edilə bilər. Bu səbəbdən, texnologiyanın ən böyük üstünlüyünün günəş işığından daha səmərəli istifadəni mümkün etməsi olduğu bildirilir. Yəni bu texnologiya yalnız innovativ bir ideya olmaqla kifayətlənməyib, həm də enerji istehsalı və istehlakı sahəsində inqilabi bir həll kimi qəbul edilir.
Xüsusilə gecə saatlarında enerji tələbatının yüksək olduğu bölgələrdə bu sistem enerji çatışmazlığını aradan qaldırmağa kömək edə və fəlakət bölgələri və ya fövqəladə hallarda kritik bir xidmət təqdim etmə potensialına sahibdir. Hərçənd bu texnologiyanın tam istifadəyə verilməsi üçün hələ uzun bir yol olduğu görünsə də, artıq 30 mindən çox insanın bu texnologiyadan istifadə üçün müraciət etdiyi məlumdur. Qısaca desək, Reflect Orbital texnologiyanın sərhədlərini genişləndirərək qaranlıq gecələri işıqlandırmaq üçün innovativ bir həll təqdim edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!
Bir universitet tələbəsi oksigen istehsalını təqlid edə bilən ipək yarpaq hazırlayıb!
Alimlər qlobal karbon emissiyalarının və urbanizasiyanın sürətlə artdığı bu dövrdə, şəhər mühitini qorumaq və dayanıqlı həllər yaratmaq üçün daim çalışırlar. Bu səylərin nəticəsi olaraq bir universitet tələbəsi oksigen istehsalını təqlid edən bir material yaratmağı bacarıb.
İngiltərənin ən qədim peykinin yeri dəyişdirilib, lakin bunu kimin etdiyi bilinmir!
İngiltərənin ən qədim peykinin yeri dəyişdirilib, lakin bunu kimin etdiyi bilinmir!
İngiltərənin ən qədim peyki Skynet-1A yerini dəyişdirib. Üstəlik, bunu kimin, nə vaxt və niyə etdiyi barədə heç bir məlumat yoxdur.
Yaxın gələcəkdə binalar artıq sementsiz tikilə biləcək!
Yaxın gələcəkdə binalar artıq sementsiz tikilə biləcək!
Ənənəvi və 3D çapla tikilən strukturlar əsasən sement əsaslıdır, bu da qlobal CO₂ emissiyalarının 8%-ə səbəb olur. Buna alternativ olaraq, ekoloji cəhətdən təmiz Impact Printing üsulu ortaya çıxıb.
Raket hissələrini 1 gündə çap edə bilən 90 tonluq 3D printer hazırlanıb!
Raket hissələrini 1 gündə çap edə bilən 90 tonluq 3D printer hazırlanıb!
"Rocket Lab" adlı kosmik texnologiyalar şirkəti, raketlərin mürəkkəb karbon kompozit hissələrini sürətli və dəqiq şəkildə istehsal edə bilən 90 tonluq 3D printerdən istifadə etməyə başlayıb.
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Connecticut-da çalışan mühəndislər, lazım gəldikdə öz hissələrini kəsə bilən robot istehsal edə biliblər.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!