
Bütün iPhone modelləri bir arada sürət yarışında (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
2007-ci ildən bu yana müxtəlif ağıllı telefonlarla qarşımıza çıxan Apple təkcə iPhone modelləri ilə mobil telefon bazarında hegomonluğu ələ keçirdi. Son 9 ildə texnologiyanın inkişafı ilə iPhone-un ilk modelindən iPhone SE-ə qədər bir çox şey dəyişdi. Bu dəyişimlər arasında ən diqqəti cəlb edən və istifadəçiləri maraqlandıran bir sual var. İlk iPhone-dan bu yana iPhone-lar nə qədər sürətləndi? Məşhur youtube kanallarından biri bütün iPhone modellərini bir araya toplayaraq onlar arasında sözün əsl mənasında sürət yarışı keçirib. Alınan nəticəyə görə isə təxmin etdiyiniz kimi iPhone SE digər bütün modelləri qabaqlamağı bacarıb.
Paylaş
Bənzər xəbərlər