
BYD şirkəti insanabənzər robotların hazırlanmasına istiqamətlənib
Elm & Texnologiya
27.12.2024
Emil
Dünyanın ən böyük elektromobil istehsalçılarından biri olan BYD özünün 15-ci biznes şöbəsi əsasında süni zəka əsaslı məhsulların hazırlanmasına istiqamətlənmiş xüsusi laboratoriyanı formalaşdırıb. Məlumatda qeyd edilib ki, süni zəka əsaslı məhsullar siyahısına insanabənzər robotlar da daxildir. Şirkətin 15-ci biznes şöbəsi 2003-cü ildə formalaşdırılıb və 2019-cu ilə kimi onun adı FinDreams Technology olub. Bu biznes şöbənin əsas fəaliyyət istiqaməti batareyalar, mühərriklər və elektron sistemlər də daxil olmaqla müxtəlif avtomobil komponentlərinin hazırlanmasıdır. Bu ilin birinci yarısında şirkətin 15-ci biznes şöbəsi restrukturizasiya prosesinə məruz qaldı.
Onun tabeliyində olan Elmi-Tədqiqat Texnologiya İnstitutu öz mütəxəssislərinin bir hissəsini süni zəka laboratoriyasının formalaşdırılmasına yönləndirib. Hal-hazırda BYD şirkəti insanabənzər robotların hazırlanması istiqamətinə çoxlu sayda mütəxəssisləri cəlb edir və onlara yüksək maaşlar təklif edir. Formalaşdırılmış laboratoriya qarşısına qoyulmuş əsas tapşırıq sənaye robotlarının yaradılmasıdır. Laboratoriya ilk növbədə avtomatik idarə olunan nəqliyyat vasitələrinin hazırlanması ilə məşğul olmalıdır. Bu ayın ortasında BYD şirkəti WeChat platformasında dünyanın bütün universitetlərindən olmuş magistratura və doktorantura məzunları üçün vakansiyalar yerləşdirmişdi. Vakansiyalarda olmuş müxtəlif məlumatlardan əlavə olaraq insanabənzər və dördayaqlı robotların hazırlanması qeyd edilmişdi.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
