main-post-cover

    'Canyon' şirkəti 'gaming' aksesuarları seriyasını təqdim edir - FOTO

    Elm & Texnologiya
    08.06.2022
    Farid Pardashunas
        Fərdi kompüterlər həyatımıza daxil olmaqla oyunları da həyatımızın ayrılmaz hissəsinə çevirmiş oldu. Məişət elektron cihazları və IT periferiya qurğuları bazarında ən dinamik inkişaf edən brendlərdən biri olan “Canyon” müasir istifadəçilərin tələblərinə xüsusi diqqət ayırır. 
        “Canyon” şirkəti “gaming” aksesuarları seriyasını təqdim edir. Şirkətin istehsal etdiyi oyun üçün kompüter siçanları, klaviaturalar, qarniturlar və kreslolar nəinki oyun həvəskarlarının tələblərinə cavab verir, həm də gündəlik istifadə üçün yararlıdır. 
    GM20 OYUN SİÇANI
     
        GM20 modeli oyun siçanının hərəkəti texnologiyalarındakı ən son innovasiyaları özündə ehtiva edir. İnanılmaz dərəcə yüngül korpus, 1000-12000 DPI diapazonuna malik “Pixart 3360” peşəkar optik sensor, proqramlaşdırıla bilən 7 düymə, parametrlərin köklənməsi imkanı və makroslar istifadəçilər üçün geniş imkanlar yaradır. Oyun siçanının forması sağ əllə istifadə üçün nəzərdə tutulub. 10 effektə malik RGB altişığı oyun prosesini daha maraqlı edəcək. 
        Bu qadcet mütləq oyun arsenalınıza daxil edilməlidir! 
        İnnovativ mexanizmi sayəsində bu mexaniki klaviatura oyunçulara öz istedadlarını tam şəkildə göstərmək imkanı yaradacaq. 
        Cihazın son dərəcə möhkəm 104 düyməsi yüksək toxunuş həssaslığına və super sürətə malikdir. Düymələr 60 milyondan çox toxunuş üçün nəzərdə tutulub, kompakt klaviatura isə oyunu komfortlu etməklə yanaşı, həm də masada az yer tutur. 
        Klaviaturada klavişlərin əsas blokunun altında əlavə 7 düymə, o cümlədən fırlatma çarxı yerləşir. Onlardan istifadə etməklə musiqi və videotrekləri idarə edə, səsin ucalığını, həmçinin klavişlərin altişıqlarını tənzimləyə bilərsiniz. Yeri gəlmişkən, hər bir klavişin ayrı-ayrılıqda işıqlandırılması gözlərə rahatlıq verir, alt işıqların 21 növü isə klaviaturanı oyunun ayrıca elementinə çevirir. 
        "Double injection" texnologiyası sayəsində klavişlərin üzərindəki simvollar heç vaxt silinmir. 
        “Windows / İşə sal” düyməsinin bloku oyun vaxtı əlavə dəstəyi təmin edir, örtüklü kabel siqnalın yüksək sürətlə və dəqiq ötürülməsini təmin edir. Artıq heç bir şey oyununuzun dinamikasını poza bilməz! 
        Bu qarnitur oyuna tam şəkildə daxil olmağı, uzunmüddətli sessiyalar zamanı ağırlıq hissi yaşamamağı təmin edir. Hərtərəfli düşünülmüş ambuşür relyef qarniturun ömrünü maksimum uzadır. “Virtual Surround 7.1” texnologiyası səsə əlavə həcm verir, elə təəssürat yaranır ki, sanki səs oyunçunun ətrafında 360 dərəcə radiusda müxtəlif mənbələrdən gəlir. Həcmli səs mənbənin istiqamətini maksimum dəqiqliklə əks etdirir. Rahat tənzimlənən mikrofon səsi əla ötürür, iki metrlik kabel isə oyunçuya kompüterdən rahat məsafədə oturmağa imkan verir. Optimal forma, dəbli və eyni zamanda nəzərə çarpmayan dizayn, səs gurluğu səviyyəsinin və mikrofonun formasının tənzimlənməsi – bütün bunlar istənilən janrda oyun həvəskarlarını sevindirəcək. 
    DEIMOS OYUN KRESLOSU
        Bu model kreslonun maksimum funksional olmasını istəyən geymerlər üçündür. 1.5 mm qalınlığa malik metaldan hazırlanmış çərçivəsi və 60 mm-lik diametrə malik təkərləri olan möhkəm beşguşəli əsası kreslonun rahatlığını və uzunömürlülüyünü təmin edir. Ekoloji təmiz dəridən hazırlanmış üzlüyün altındakı yaddaş köpüyü uzunmüddətli oyun sessiyalarından maksimun zövq almaq imkanı yaradır. Stulun açılan söykənəcəyini 90° və 165° arasında istənilən bucaq altında saxlamaq mümkündür. Bu isə intensiv döyüşlərdən sonra rahatlanmağa və dincəlməyə kömək edir.  Əllər üçün əlavə komfortu təmin etmək məqsədilə kreslonun qoltuqluqları yuxarı-aşağı, irəli-geri və 15° içəri-bayıra hərəkət etdirilə bilir. 
        “Canyon”un oyun qadcetlərini əldə edə bilərsiniz:  
        “Canyon Gaming” — fərdi kompüterlərin xüsusi olaraq geymerlər üçün yaradılmış keyfiyyətli siçanlar, klaviraturalar və digər aksesuarlar seriyasıdır. Bu cihazlar münasib qiymətə unikal dizayn və geniş funksional əldə etmək istəyənlər üçün ideal seçimdir. 
        Sayt: www.gaming.canyon.eu

    “Саnyon” şirkəti haqqında

        “Canyon Accessories” – keyfiyyətli və dəbli, münasib qiymətə mobil aksesuarların, kompüter qadcetlərinin, daşınan cihazların və oyun alətlərinin istehsalı ilə məşğul olan sürətlə inkişaf edən brendir. 2003-cü ildə Niderlanda əsası qoyulmuş şirkət istehlak elektron cihazların istehsalı ilə məşğul olan böyük brendə çevrilmişdir. “Canyon” şirkəti 16 ölkədə ofislərə malikdir, brendin məhsulları usə dünyanın 26-dan çox ölkəsində satılır. 
        Sayt: www.canyon.eu
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər