main-post-cover

    Çərçivəsiz Nokia 6 (2018) modelinin ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    12.12.2017
    Farid Pardashunas
    Çindən olan mənbələr xəbər veriblər ki, Nokia 6 (2018) artıq sertifikatlaşdırılıb və yerli əlaqə komissiyası olan TENAA tərəfindən təsdiqlənib.

    Anons olunmamış yeni modelin təqdim olunmuş fotolarından da görmək olar ki, Nokia 6 (2018) modeli çərçivəsiz ekrana sahib olacaq. Qeyd etmək lazımdır ki, “HMD Global” şirkəti orijinal Nokia 6 modelini bu ilin Yanvar ayında təqdim etmişdi. Orijinal Nokia 6-nın ön panelində barmaq izi skanı yerləşir və onun ekranı 16:9 nisbətindədir. Lakin Nokia 6 (2018) modelinin ön panelində barmaq izi skanı yoxdur.

    Çox güman ki, smartfon 18:9 nisbətində ekran ilə təchiz olunacaq və arxa paneldə uzadılmış şəkildə kameraya sahib olacaq. Barmaq izi skanının isə kameranın yanında olacağı güman edilir. Həmçinin fotolardan görmək olar ki, yeni modelin kənarlarında fiziki düymələr yoxdur. Bu isə o deməkdir ki, Nokia 6 (2018)-də idarəetmə tamamilə ekran vasitəsilə reallaşdırılacaq. Smartfon Snapdragon 630 və ya Snapdragon 660 prosessoru, 4 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz oluna bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər