main-post-cover

    Çərçivəsiz Xiaomi Mi Mix 2S-in fotosu sızdırıldı

    Elm & Texnologiya
    11.02.2018
    Farid Pardashunas
    Görünür, “Xiaomi” şirkətinin MWC 2018 tədbiri və yeni Snapdragon 845 prosessoru ilə bağlı böyük planları var.
        Son şayiələrə inansaq bu prosessor əsasında çalışan şirkət smartfonları yaxın zamanda təqdim olunacaqlar. Bu cür smartfonlar siyahısında məsələn Xiaomi Mi 7 var. Güman olunur ki, o ya MWC 2018 tədbirində yada tədbirdən bir neçə müddət sonra təqdim olunacaq. Əgər bu smartfon tədbirdə təqdim olunmasa da onu Mi Mix 2S modeli əvəzləyə bilər.

        Bundan əlavə olaraq bir neçə müddət bundan öncə sözügedən modelin reklam banneri də internetdə yayılmışdı. Reklam bannerindəki məlumatlara əsasən Xiaomi Mi Mix 2S 5.99 inç ekran, 8 GB RAM, Snapdragon 845 prosessoru və 256 GB daxili yaddaş ilə təchiz olunacaq. Əgər reklam bannerindəki foto əsldirsə onda Mi Mix 2S həqiqətən də çərçivəsiz smartfon olacaq. Ön kamera ön panelin yuxarı sağ hissəsindəki kiçik yerdə yerləşəcək. Barmaq izi skanı texnologiyasının isə birbaşa ekrana inteqrasiya olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər