Logo
    main-post-cover

    CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!

    Elm & Texnologiya
    12.12.2024
    Farid

         CERN-in Böyük Adron Sürətləndiricisi (LHC) kainatın yaranışı ilə bağlı mühüm sirri açıb. Alimlər ən ağır antimaddə olan antihiperhelium-4-ü aşkarlayıblar. Bu kəşf, bizi maddə ilə antimaddənin bərabər olduğu bir mühitdə niyə yalnız maddənin qaldığını anlamağa bir addım daha yaxınlaşdırır.

         Bu antimaddə hissəciyi, 2 antiproton, 1 antineytron1 antilambda hissəciyindən ibarət olduqca mürəkkəb bir quruluşa malikdir. Alimlər hissəciyin bu qeyri-adi mürəkkəbliyini anlamaq və təsvir etmək üçün ALICE detektorundan və süni intellekt dəstəkli analiz üsullarından istifadə ediblər. Kəşf, 2018-ci ildə toplanan məlumatların illər boyu aparılan ətraflı təhlili nəticəsində ortaya çıxıb.
         Əslində, antimaddə ilə maddə arasındakı əsas əlaqə fizika aləminin ən böyük sirrlərindən biridir. Böyük Partlayışdan dərhal sonra maddə və antimaddə eyni miqdarda mövcud idi. Lakin bir araya gəldiklərində bir-birlərini məhv edərək enerjiyə çevrilirlər. Bununla belə, kainatımız demək olar ki, tamamilə maddədən ibarətdir. Bu suala cavab tapmaq kainatın mövcudluğu haqqında əsas anlayışı təmin edəcək.
         Alimlər həmçinin bu hissəciyin kütləsini son dərəcə dəqiq şəkildə ölçərək nəzəri fizika modellərini də təsdiqləyiblər. Bununla yanaşı, bu nəticələrin yalnız fizika ədəbiyyatında bir rekord olaraq yer almadığını, eyni zamanda antimaddənin təbiəti və kainatın mənşəyi ilə bağlı yeni bir araşdırma dalğasına səbəb olduğunu deyə bilərik. CERN-dəki tədqiqatçılar hazırda bu tip antimaddə hissəciklərini istehsal etməyə və təhlil etməyə davam edərək kainatın ilk anlarında nələrin baş verdiyini anlamağa çalışırlar. Başqa sözlə, bu bir kosmik dedektiv işidir.
    Paylaş
    Bənzər xəbərlər
    arasdirmala-gore-havanin-cirklenmesi-depressiya-riskini-ehemiyyetli-derecede-artirir
    Elm & Texnologiya

    Araşdırmala görə, havanın çirklənməsi depressiya riskini əhəmiyyətli dərəcədə artırır!

    Yeni bir araşdırma hava çirklənməsinin depressiya riskini əhəmiyyətli dərəcədə artırdığını ortaya çıxarıb. Mütəxəssislər təcili tədbirlər görülməsi üçün səlahiyyətli şəxslərə çağırış ediblər.
    tedqiqatcilar-yeni-bir-insan-novune-aid-kelle-sumuyu-mueyyen-edibler
    Elm & Texnologiya

    Tədqiqatçılar yeni bir insan növünə aid kəllə sümüyü müəyyən ediblər!

    Tədqiqatçılar Çinin bir bölgəsində rast gəldikləri çox böyük kəllə sümüyü əsasında, "böyük baş" mənasını verən və Homo juluensis adlandırdıqları yeni bir qədim insan növünü müəyyən ediblər.
    su-ve-gunes-isigindan-hidrogen-yanacagi-elde-etmeyin-yeni-metodu-kesf-edilib
    Elm & Texnologiya

    Su və günəş işığından hidrogen yanacağı əldə etməyin yeni metodu kəşf edilib!

    Alimlər günəş işığı və sudan bərpa olunan hidrogen yanacağı istehsal etmək üçün yeni bir metod kəşf ediblər. Hələlik yalnız erkən prototip reaktor qurulsa da, bu texnologiyanın potensialı böyükdür.
    nasa-kosmosun-daha-once-hec-gorulmemis-mohtesem-goruntulerini-paylasib
    Elm & Texnologiya

    NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!

    NASA-nın NEOWISE kosmik teleskopu əvvəllər görülməmiş kosmos görüntülərini paylaşıb. Alimlər ömrünü başa vuran bu kosmik aparatın topladığı məlumatlardan daha çox məlumat əldə etməyi ümid edirlər.
    bir-orta-mekteb-sagirdi-qus-necisinden-xercengle-mubarize-aparan-madde-kesf-edib
    Elm & Texnologiya

    Bir orta məktəb şagirdi quş nəcisindən xərçənglə mübarizə aparan maddə kəşf edib!

    ABŞ-da elm üzrə təhsil proqramına qatılan bir orta məktəb şagirdi qaz nəcisi üzərində apardığı araşdırmada xərçənglə mübarizə aparmağa qadir bir birləşmə aşkar edib.