main-post-cover

    Çində iPhone X-in əslindən öncə kopyası satışa çıxdı

    Elm & Texnologiya
    21.10.2017
    Farid Pardashunas
    iPhone X hələ satışa çıxmamış Çində artıq onun kopyası satılır.
    Lakin kopyalanmış iPhone X-in əsl iPhone X-dən fərqi ondadır ki, kopyalanmış versiya Android əməliyyat sistemi vasitəsilə çalışır və 4 kameraya sahibdir. Beləliklə 12 Sentyabr tarixində təqdim olunmuş iPhone X-ə cavab olaraq Çin şirkətləri özlərinin kopyalarını hazırladılar. iPhone X-in kopyasını Çinin “Hotwav” adlı şirkəti təqdim etdi. Smartfonun adı isə Symbol S3-dür. Symbol S3-ün arxası şüşə ilə örtülüb. Çinlilər hətta orijinal iPhone X-dəki kameraların yerləşmə tərzlərini də kopyalayıblar. Belə ki, Symbol S3-ün də arxa kameraları şaquli vəziyyətdədir. Lakin keyfiyyət baxımından onlar, orijinal iPhone X modellərinə uduzurlar.

    Symbol S3 12 və 2 MP-lik ikili arxa kamera, 16 və 2 MP-lik ikili ön kmaeraya sahibdir. Çox güman ki, ön tərəfdəki ikinci kamera, Face ID texnologiyasının əvəzində yerləşdirilib. Təbii ki, kopyalanmış iPhone X, iOS 11 deyil, Android əməliyyat sistemi vasitəsilə çalışır. Həmçinin Android 8.0 Oreo-ya kimi yenilənmənin də olacağına söz verirlər. Smartfonun digər texniki göstəricilərinə gəldikdə isə o, 1440x720 piksel keyfiyyətli 6 inç ekran, MediaTek MT6739 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş və 2900 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə maraqlısı ondadır ki, iPhone X-in kopyalanmış bu versiyanın qiyməti nə qədərdir. Məlumata əsasən bu smartfonun qiyməti 80$ təşkil edir. Bu isə orijinal iPhone X modelindən 16 dəfə ucuzdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər