main-post-cover

    Çindən sonra Almaniyada da bəzi iPhone modellərinin satışları qadağan edildi

    Elm & Texnologiya
    21.12.2018
    Farid Pardashunas
        Qualcomm şirkəti Apple ilə olan ikinci məhkəmə prosesində qalib gəlib. Çindən sonra Almaniyada da bəzi iPhone modellərinin satışlarına qadağa qoyulub. Çindən fərqli olaraq Almaniyada Apple şirkətini Qualcomm-un texniki patentini pozduğu üzrə günahlandırıblar. Belə ki, Apple şirkəti naqilsiz şəbəkə siqnallarının göndərilməsi zamanı smartfonun enerji effektivliyinin yüksəlməsi patentini pozub. Bu texnologiya isə Qualcomm şirkətinə məxsusdur. Apple şirkəti üçün komponent istehsalı ilə məşğul olan Intel Qorvo Inc. şirkətləri bu patenti pozublar.
        Almaniyada məhz həmin iki şirkət tərəfindən istehsal olunan komponentlərə sahib iPhone modellərinin satışları qadağan olunub. Söhbət, iPhone 7iPhone 8 modellərindən gedir. Apple şirkəti artıq Almaniyada yerləşən rəsmi mağazalarından iPhone 7 ilə iPhone 8 modellərini yığışdırıb. Bununla belə şirkət təmsilçiləri qeyd edirlər ki, şirkətin bütün iPhone modelləri mobil operator mağazalarında və digər dilerlərdə satılmağa davam edir.
        Almaniya məhkəməsi tərəfindən təyin olunmuş qərarı şirkət appelyasiya məhkəməsinə verməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Çində iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhoen 7 Plus, iPhone 8, iPhone 8 PlusiPhone X modellərinin satışları qadağan edildi. Lakin buna baxmayaraq Apple şirkəti öz smartfonlarını satmağa davam edir. Onun sözlərinə görə patent qanunlarının pozulması iOS 11 əməliyyat sisteminə aid idi. iOS 12 əməliyyat sistemində isə bu cür pozuntu yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər