Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar (VİDEO)

Çinli alimlər dərmanları orqanizmin lazımi yerlərinə çatdıra bilən 4D mikrobotları yaradıblar (VİDEO)

Texnologiya
19.11.2021 PAYLAŞIM

    Kimyaterapiya xərçəng xəstəliyinin bir çox növünü uğurla müalicə etməyə imkan verir. Lakin bu müalicə üsulu zamanı istifadə edilən dərmanlar bütün orqanizmə neqativ təsir göstərirlər. Dərman preparatlarının birbaşa xərçəng hüceyrələrinə çatdırılması öz növbəsində kimyaterapiyanın orqanizmə yüklənmə səviyyəsini aşağı sala bilərdi. Çinli alimlərin bu məsələ ilə bağlı aparmış olduqları yeni təcrübənin nəticələri təqdim edilib. Həmin təcrübələr çərçivəsində onlar orqanizmin lazımi yerlərinə dərmanların mikroskopik miqdarlarını çatdıra bilən mikrobotları yarada biliblər. Kiçik obyektlərlə qarşılıqlı əlaqədə ola bilən 100 mikrometr ölçülü robotlar əvvəllər də yaradılıb. Lakin həmin robotlar lazımi yerdə dərman preparatının aktivləşdirilməsi kimi qəliz tapşırıqların yerinə yetirilməsi üçün formalarını dəyişə bilmirdilər.


    Bəzi mütəxəssislər 4D botları (hansısa təsirə cavab olaraq formasını dəyişə bilən kiçik ölçülü robotlar) yarada bilirdilər. Lakin onlar adətən çox sadə tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulurdular və onları uzaqdan idarə etmək mümkün olmurdu. Jiawen Li, Li Zhang, Dong Wu adlı mütəxəssislər və onların həmkarları kiçik balıqlar, yengəclər və kəpənəklər formasında robotlar yarada biliblər. Yaradılmış robotlar dərman preparatlarını xərçəng şişlərinə çatdırmağı və onları lazımi yerlərdə ativləşdirməyi bacarırlar. Mütəxəssislər sözügedən robotları hidrogeldən yaradıblar. Hidrogel isə mühitin turşuluq səviyyəsindən asılı olaraq öz formasını dəyişə bilir. Mütəxəssislər hidrogeli yüksək miqdarda dəmir oksidə sahib məhlula yerləşdirərək onu maqnitə qarşı həssas ediblər.

    Bu isə öz növbəsində robotları damar daxilində yönləndirməyə imkan verir. İmitasiya edilmiş damarlar üzərində aparılmış testlər onu göstərib ki, Petri qabındakı (müxtəlif təcrübələrin aparılması üçün nəzərdə tutulmuş şəffaf laboratoriya qabı) xərçəng hüceyrələrinə çatandan sonra hidrogeldən hazırlanmış kiçik balıq formalı robot fərqli turşuluq səviyyəsinə sahib mühitə düşüb. Bu isə öz növbəsində robotun ağız hissəsinin açılmasına və orda yerləşmiş dərman preparatının aktivləşməsinə gətirib çıxardıb. Bu konsepsiyanın sübutu artıq reallaşdırılmış olsa da, mikrobotların ölçülərini daha da kiçiltmək lazımdır. Əks halda onlar əsl damarların daxillərində hərəkət edə bilməyəcəklər. Onların hərəkətlərini izləmək üçün isə əlavə üsul yaratmaq vacibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×