Çinli astronavtlar 9 saatlıq tarixin ən uzun kosmik səyahətini həyata keçirərək rekord qırıblar!
Elm & Texnologiya
19.12.2024
Farid
Çinli astronavtlar, Tiangong Kosmik Stansiyasında 9 saat davam edən kosmos gəzintisi ilə NASA-nın 2001-ci ildəki rekordunu yenilməyi bacarıblar.
Cai Xuzhe və Song Lingdong tərəfindən Tiangong kosmik stansiyasının xarici hissəsində həyata keçirilən bu 9 saatlıq kosmos gəzintisi tarixdə ən uzun kosmos gəzintisi kimi qeydə alındı. Astronavtlar 17 dekabr 2024-cü il tarixində ümumilikdə 9 saat 6 dəqiqə davam edən kosmos gəzintisi həyata keçiriblər. NASA astronavtları James Voss və Susan Helms-in 2001-ci ildəki 8 saat 56 dəqiqəlik rekordunu keçən bu gəzinti zamanı astronavtlar Wentian Laboratoriya Modulundan təhlükəsizlik kabelləri vasitəsilə kosmosa addımlarını atıblar. Bu müddətdə Wang Haozhe adlı astronavt kosmik stansiyada qalaraq texniki dəstək göstərib. Tiangong-un robotik qolları və yerdən idarəetmə qrupları əməliyyat boyu koordinasiyalı şəkildə işləyiblər.
Shenzhou-19 missiyasının bir hissəsi olaraq astronavtlar kosmik stansiyanın xarici hissəsində kosmik tullantıların qarşısını almaq üçün qoruyucu qurğular quraşdırıblar və mövcud avadanlıqları yoxlayaraq zərərli olanları məhv ediblər. Bu missiya, Çinin kosmik stansiyasının xarici strukturunu gücləndirmək və daha səmərəli etmək baxımından böyük əhəmiyyət daşıyırdı. Kosmos gəzintisini tamamlayan astronavtlar təhlükəsiz şəkildə Wentian təcrübə moduluna geri dönüblər.
Çin Milli Kosmik İdarəsi Ayın qaranlıq tərəfindən də nümunələr toplamağı bacarıb. Ölkə 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyi planlaşdırır və bu məqsədlə xüsusi olaraq dizayn edilmiş kosmik geyimlər hazırlanıb. 2023-cü ilin oktyabr ayında Tiangong Kosmik Stansiyasına çatan Shenzhou-19 heyəti 2025-ci ilin aprel və ya may ayına qədər xidmətini davam etdirəcək. Bu müddət ərzində heyət yeni kosmos gəzintiləri həyata keçirəcək və elmi tədqiqatlar aparacaq. Missiya başa çatdıqdan sonra isə heyət Monqolustana eniş edəcək.
Paylaş
Bənzər xəbərlər
Elm & Texnologiya
Alimlər inqilabi “antimaddə raketi” ilə ulduzlara səyahət etməyin mümkün olduğunu bildiriblər!
Müasir texnologiya ilə Günəşdən başqa bizə ən yaxın ulduza çatmaq insan ömrü miqyasında mümkün deyil. Lakin alimlər antimaddə ilə işləyən raket vasitəsilə bunun mümkün ola biləcəyini deyirlər.
Elm & Texnologiya
Günəş sisteminin ən vulkanik cisminin sirri ortaya çıxıb!
NASA-nın Juno missiyası Yupiterin peyki olan İo-nun vulkanik fəaliyyətlərinin detalları ilə bağlı mühüm məlumatları ortaya çıxarıb. Araşdırma, İo-nun Günəş sistemindəki ən vulkanik cisimə necə çevrildiyini izah edir.
Elm & Texnologiya
Alimlər kosmosda quyruqlu bir planet kəşf ediblər!
Alimlər çox uzun bir quyruğu olan ekzoplanet kəşf ediblər. Planetin quyruğunun uzunluğu Yer ilə Ay arasındakı məsafənin 1.5 misli qədərdir.
Elm & Texnologiya
Kosmik səyahət nüvə enerjisi ilə işləyən plazma raketi ilə inqilab edə bilər!
Yüksək sürətli kosmik səyahətlər üçün VASIMR adlı raket sistemini inkişaf etdirən Ad Astra, qarşılaşdığı enerji problemlərini həll etmək məqsədilə SpaceNukes ilə əməkdaşlıq edib. Bu, kosmosda inqilab yarada bilər.
Elm & Texnologiya
CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!
CERN-in Böyük Adron Sürətləndiricisi (LHC) kainatın yaranışı ilə bağlı mühüm sirri açıb. Alimlər ən ağır antimaddə olan antihiperhelium-4-ü aşkarlayıblar. Bu kəşf, bizi maddə ilə antimaddənin bərabər olduğu bir mühitdə niyə yalnız maddənin qaldığını anlamağa bir addım daha yaxınlaşdırır.
Ən çox oxunanlar