
Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib
Elm & Texnologiya
01.05.2024
Farid
Mağazalarda satılan çiy ət məhsulları və o cümlədən heyvanlar üçün nəzərdə tutulmuş bəzi yemlər özlərində ciddi təhlükəni birləşdirə bilərlər. Bu cür nəticəyə çiy toyuq ətini analiz etmiş alimlər gəliblər. Barselonada keçirilmiş ESCMID adlı ümumdünya konqres çərçivəsində təqdim edilmiş tədqiqat nəticələri ciddi problemi aşkara çıxarıblar. Söhbət, həm insanlar həm də heyvanlar tərəfindən qida qismində qəbul edilən ət məhsullarında antibiotiklərə dözümlü olan bakteriyaların olmasından gedir. Böyük Britaniyanın Qida Standartları Agentliyinin təhlükəsizlik standartlarının təmin olunması səylərinə baxmayaraq dana, toyuq, qoyun və donuz əti də daxil olmaqla bu cür ət məhsullarında və o cümlədən itlər üçün olan toyuq əti əsaslı çiy yemlərdə bağırsaq çöpünün dözümlü ştamları aşkar edilib.
Mütəxəssislər tərəfindən aparılmış tədqiqat çərçivəsində anoksisillin və siprofloksasin kimi aparıcı antibiotik dərmanlara dözümlülük mövzusunda müxtəlif növ ət məhsulları analiz edilib. Nəticədə məlum olub ki, toyuq əti nümunələrinin 100%-i spektinomisin və streptomisin kimi antibiotik dərmanlara dözümlüdür. Tədqiqatda analiz edilmiş digər ət növləri də antibiotik dərmanlara qarşı yüksək dözümlülük sərgiləyiblər. Bura həmçinin itlər üçün nəzərdə tutulmuş çiy yem də daxildir.
Bu isə öz növbəsində bu cür qida növlərinin ev heyvanları üçün təhlükə mənbəyi ola biləcəkləri məsələsində narahatlıq yaradır. Tədqiqat zamanı əldə edilmiş əlavə nəticələr çiy və ya düzgün şəkildə bişməmiş ət məhsulunun emal edilməsi və ya istifadəsi ilə bağlı riskləri də ortaya çıxarıb. Mütəxəssislər çiy ət məhsulunun yaxşı şəkildə bişirilməsinin və antibiotiklərə dözümlü olan infeksiyaların yayılmalarının qarşısını almaq üçün ətdən istifadə mövzusunda gigiyena qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıblar.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
