
Dünya okeanında temperaturun artmasına baxmayaraq onun buxarlanması daha ləng gedir
Elm & Texnologiya
25.02.2025
Emil
Son onilliklərdə alimlər planetin üzərindəki iqlim böhranı barədə xəbərdarlıq edirlər. Nəticədə, dünya görünməmiş istilik dalğaları və quraqlıqlarla qarşılaşıb. Alimlər eyni zamanda dünya okeanının temperaturunun artdığını da müşahidə edirlər. Lakin yeni bir araşdırma gözlənilməz nəticə ortaya çıxarıb. Məlumata əsasən bu nəticələr qlobal istiləşmə ilə okean buxarlanması arasındakı ənənəvi əlaqəni şübhə altına alır. Çin Elmlər Akademiyasının Coğrafiya Elmləri və Təbii Resurslar Araşdırmaları İnstitutunun alimlər qrupu son araşdırmalarında maraqlı bir fenomen aşkar edib. Dəniz səthinin temperaturu artsa da, son 10 ildə dünya okeanının buxarlanma səviyyəsi azalıb.

Okean buxarlanması planetimizin hidroloji dövranında mərkəzi rol oynayır və atmosferdəki su buxarının 85%-dən çoxunu təmin edir. Əvvəllər dəniz səthinin temperaturunun artmasının buxarlanma sürətini artıracağı düşünülürdü. Lakin son 25 ildə aparılmış müşahidələr qlobal su buxarı səviyyəsinin artımında qəribə bir yavaşlama olduğunu ortaya çıxarıb. Bu nəticələr alimləri okean buxarlanmasının temperatur artımına necə reaksiya verdiyini yenidən nəzərdən keçirməyə vadar edib. Araşdırmada alimlər okeandakı istilik axını ilə bağlı qabaqcıl peyk məlumatlarını təhlil edərək dünya okeanının uzunmüddətli buxarlanma meyllərini qiymətləndiriblər.

Nəticələr son onilliklərdə okean buxarlanmasının tendensiyalarında əhəmiyyətli bir dəyişikliyin baş verdiyini ortaya qoyub. Araşdırmanın aparıcı müəllifi, doktor Ma Ning-in sözlərinə görə, onların əldə etdikləri nəticələr göstərir ki, 1988-2017-ci illər arasında qlobal okean buxarlanması artım tendensiyası nümayiş etdirib, lakin 2000-ci illərin sonlarında vəziyyət dəyişib. Tədqiqat müəllifləri bu dövrdən etibarən dünya okeanlarının 2/3-də buxarlanmanın azaldığını aşkarlayıblar. Bu isə 2008-2017-ci illər arasında qlobal buxarlanma sürətinin bir qədər azalmasına səbəb olub.
Təəssüf ki, bu nəticələr iqlim istiləşməsi ilə bağlı ümumi gözləntilərlə ziddiyyət təşkil edir. Araşdırma zamanı alimlər bu gözlənilməz tendensiyanın əsas səbəbini müəyyən ediblər. Məlum olub ki, bütün məsələ "külək sakitliyi" adlanan fenomenlə bağlıdır - yəni külək sürətinin azalması. Tədqiqat qrupu hesab edir ki, bu külək zəifləməsi atmosfer dövriyyəsi modellərindəki dəyişikliklərlə bağlı ola bilər. Xüsusilə, doktor Ma-nın sözlərinə görə, Şimal Oskilyasiyası (North Oscillation Index) son vaxtlar mənfi fazaya keçib.

Bundan əlavə, külək sürətindəki dəyişikliklərin Yer kürəsinin iqlim sistemində baş verən onilliklərlə davam edən dəyişikliklərlə əlaqəli ola biləcəyi ehtimal olunur. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, okean buxarlanmasının azalmasını hidroloji dövranın zəifləməsi kimi qəbul etmək düzgün olmazdı. Tədqiqat qrupu bu nəticələrin həm də iqlim sistemində təbii dalğalanmaları əks etdirə biləcəyini düşünür. Hərçənd okean buxarlanmasının azalması qlobal istiləşmə kontekstində məntiqsiz görünə bilər, bu tendensiya Yer kürəsinin iqlim sisteminin mürəkkəbliyini və onun əks əlaqə mexanizmlərinin necə işlədiyini bir daha vurğulayır.
Mənbə: Phys.org
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
124 işıq ili uzaqlığında Yupiterə bənzər ekzoplanet kəşf edilib
İsrailli astronomlar GJ 2126 ulduzunun ətrafında fırlanan və Yupiterə bənzəyən yeni bir ekzoplanet aşkarlayaraq mühüm bir kəşfə imza atıblar. Bu tədqiqat planetlərin formalaşması və təkamülü haqqında yeni məlumatlar təqdim edə bilər.

Elm & Texnologiya
Süni zəka vasitəsilə ən yüngül və dözümlü material hazırlanıb
Alimlər, süni zəkanın köməyi ilə, nanomaterial üçün mümkün olan ən yüngül və dözümlü geometrik strukturu yaratmağa nail olublar. Nəticədə, alimlər karbon nanotorbalarını əldə ediblər.

Elm & Texnologiya
"Kalkulyator-insan": 14 yaşlı yeniyetmə 1 gündə riyaziyyat üzrə 6 dünya rekorduna imza atıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Ginnes Rekordlar Kitabı tədbirində 14 yaşlı hindistanlı Aaryan Shulka bir gündə altı fərqli mental hesablamada dünya rekordu qırıb. Bu barədə Live Science məlumat yayıb.

Elm & Texnologiya
Günəş sistemində daha bir obyektin səthaltı okeana sahib olduğu güman edilir
Alimlər Yupiterin peyki olan Avropada artıq maye sudan ibarət səthaltı okeanın mövcud olduğuna dair çoxlu sübutlara malikdirlər. Hətta orada yadplanetli bioloji həyatın ola biləcəyi ehtimal edilir.

Elm & Texnologiya
Erkən kainatda ulduzlar "pambıqvari" buludlarda formalaşıblar
Bütün ulduzlar molekulyar qaz buludlarında formalaşır - bu buludların bəzi hissələri qravitasiyanın təsiri ilə sıxılaraq yeni ulduzların doğulmasına səbəb olurlar. Bu nəhəng qaz buludları yüzlərlə işıq ili boyunca uzana bilər və minlərlə ulduz formalaşdıra bilərlər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
