
Dünyanın ən güclü okean axınının sürəti aşağı düşməyə başlayıb
Elm & Texnologiya
04.03.2025
Emil
Alimlər müəyyən ediblər ki, Antarktidanı əhatə edən buzların əriməsi dünyanın ən güclü okean axını olan Antarktika dövri okean axınının (Qərb küləkləri cərəyanı) sürətinin azalmasına səbəb olur. Bu proses qlobal istiləşmənin daha da sürətlənməsinə, dünya okeanının səviyyəsinin yüksəlməsinə, okeanlardakı temperaturun və dəniz ekosistemlərinin dəyişməsinə gətirib çıxara bilər. Alimlər belə nəticəyə gəliblər ki, əgər atmosferə karbon emissiyaları azaldılmasa, 2050-ci ilə qədər Antarktika dövri okean axınının sürəti 20% azalacaq. Buzların əriməsi okeandakı şirin suyun miqdarını artırır, bu da suyun duzluluğunun və bütün Yer meridianlarını keçən axının dövranının dəyişməsinə səbəb olur.

Araşdırmanın müəllifləri bildirirlər ki, əgər Antarktika dövri okean axını fəaliyyətini itirərsə, yəni daha da yavaşlarsa, bu, planetdə iqlim dəyişikliyinin daha da güclənməsinə və bəzi bölgələrdə daha ekstremal hava hadisələrinin baş verməsinə səbəb olacaq. Qlobal istiləşmə daha da sürətlənəcək, çünki okeanın karbonu udma qabiliyyəti azalacaq. Antarktika dövri okean axınını dünya okeanlarının hərəkətində mühüm rol oynayır və Atlantik, Sakit və Hind okeanları arasında su axınını təmin edən bir növ “konveyer” kimi çıxış edir. Bu axın iqlimə nəzarət etməyə, okeanlarda istiliyin, karbon qazının və qida maddələrinin paylanmasını tənzimləməyə kömək edir.

Antarktika dövri okean axınını, Qolfstrim axınından 4 dəfə daha güclüdür. Buna görə də, o, dünya okeanı boyunca bir sıra dəniz növlərinin miqrasiyasını əhəmiyyətli dərəcədə tənzimləyir. Əgər bu axın daha da yavaşlasa, bu, Antarktika sularına yad növlərin daxil olması deməkdir. Bu növlər yerli dəniz ekosistemlərini məhv edə bilər və nəticədə Antarktidada pinqvinlərin populyasiyasına mənfi təsir göstərə bilər. Yeni məlumatlar əvvəlki araşdırmalarla ziddiyyət təşkil edir.
Əvvəllər aparılmış tədqiqatlarda Antarktika dövri okean axınının qlobal temperaturun dəyişməsi səbəbindən sürətləndiyi qeyd olunurdu. Alimlərin fikrincə, ərimiş buzlardan okeana daxil olan böyük həcmdə şirin su duzluluğu azaldır. Bu isə soyuq və sıx suyun aşağı enərək dövran etməsinə mane olur. Halbuki bu proses Antarktika dövri okean axınının əsas fəaliyyət mexanizmini təşkil edir. Alimlərin sözlərinə görə, iqlim dəyişikliyinə ciddi təsir etməyəcək 1.5 dərəcə Selsi həddi artıq aşılmışdır. Hətta karbon emissiyalarının azaldılması belə temperaturun daha da yüksəlməsinin qarşısını ala bilməz və ehtimal ki, hava daha da isti olacaq.
Mənbə: Interesting Engineering
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yer kürəsinin nüvəsində kainatın ilkin elementlərindən biri ola bilər
Yer kürəsinin nüvəsi əsasən dəmirdən ibarət olsa da, o həmçinin Böyük partlayışdan dərhal sonra əmələ gəlmiş ilkin heliuma da sahib ola bilər. Adətən helium ağır elementlərlə çətin bağlanır, lakin fiziklər bu inert qazı yüksək temperatur və təzyiq altında dəmir ilə birləşdirməyə nail olublar.

Elm & Texnologiya
Növbəti buz dövrünün nə zaman baş tutacağı proqnozlaşdırılıb
Təxminən 2.5 milyon il əvvəl Yer kürəsində buz dövrləri və isti dövrlər arasında dəyişikliklər başlayıb. Sonuncu buz dövrü 11 700 il əvvəl başa çatıb.

Elm & Texnologiya
Kainatın ən güclü kosmik şüaları Yer kürəsinə yaxın sahədə yaranırlar
Yeni bir nəzəriyyəyə görə, Yerə çırpılan ən güclü kosmik şüalar kainatın çox uzaq hissələrindən deyil, bizim qalaktikamızdan gələ bilər. Astrofiziklərin fikrincə, ən yüksək enerjili kosmik şüalar, ekzotik formalı ağır qaranlıq maddə hissəciklərinin məhv olması nəticəsində yaranır.

Elm & Texnologiya
Qeyri-adi "isti Neptun" kəşf edilib
İsti Neptun tipli planetlər o qədər nadirdir ki, astronomlar onların bu qədər ekstremal şəraitdə necə sağ qala bildiklərini tam başa düşə bilmirlər. Astronomlar NASA-nın James Webb kosmik teleskopundan istifadə edərək yeni kəşf edilən LTT 9779 b planetini detallı şəkildə tədqiq ediblər.

Elm & Texnologiya
103 günlük körpədə koronavirus aşkar edilib
Son aylarda COVID-19 ilə bağlı xəbərlər yenidən daha narahatedici olmağa başlayıb, çünki xəstəliyin yeni növləri ortaya çıxır. Belə ki, yeni doğulmuş bir körpə alimlərin diqqət mərkəzinə çevrilib, çünki o, yeni bir koronavirus növünün daşıyıcısı olub.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
