main-post-cover

    Dünyanın ilk əyilə bilən smartfonu Royole FlexPai istifadədə yararsız olub

    Elm & Texnologiya
    10.01.2019
    Farid Pardashunas
        Keçən ilin oktyabr ayında təqdim edilmiş ilk əyilə bilən smartfon modeli Royole FlexPai artıq Çində 1320$ qiymətində satışa çıxıb. İnternetdə isə jurnalistlərin bu smartfon barəsində fikirləri ortaya çıxıb və onlar heç də ürəkaçan deyillər. Bir çoxları smartfonun proqram təminatının düzgün çalışmadığından şikayətlənirlər. Bu barədə The Verge saytı xəbər verib. Bir çox tətbiqlər sistem nasazlıqları ilə işə salınır. Bəzi tətbiqlər isə ümumiyyətlə birdən-birə işlərini dayandıraraq smartfonun yükənməsinə səbəb olublar.

        Bundan əlavə olaraq istifadəçilər smartfonun əyilib və açılması zamanı kamera tətbiqinin öz-özünə işə düşməsindən xəbər veriblər. Həmin problem həmçinin tətbiqlərlə də yaşanıb. Beləliklə istifadəçilər smartfondan rahatlıqla istifadə edə bilməyiblər. Jurnalistlərdən biri smartfonun proqram təminatı interfeysi olan Water OS-in heç də stabil və məntiqi şəkildə çalışmadığını bildirib.

        Lakin buna bamayaq proqram təminatı kodunu müxtəlif yenilənmələr ilə düzəltmək olsa da smartfonun texniki tərəfdən mənfi özəlliklərini düzəltmək qeyri-mümkündür. Belə ki, sözügedən smartfondan bir neçə saat istifadə sonrası smartfon ekranının əyilmiş hissələrində qara ləkələr və rəng pozulmaları yaranıb. Bu cür problem həmçinin Samsung smartfonlarındakı ilk AMOLED ekranlarda da yaşanırdı. Maraqlısı ondadır ki, Royole FlexPai smartfonunun gövdəsi barədə heç bir mənfi fikir səslənməyib. Bir sıra məlumatlara əsasən smartfonun gövdəsi həqiqətən də dözümlüdür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər