Dünyanın ilk şəbəkə miqyaslı dalğa enerjisi qurğusu qurulub!
Elm & Texnologiya
29.07.2024
Farid Pardashunas
Dənizdə dalğaların yaratdığı təzyiqdən istifadə edən bərpa olunan enerji mənbəyi olan dalğa enerjisi üçün dünyada ilk şəbəkə miqyaslı qurğu istifadəyə verilib.
Məlumatlara görə, dalğaların kinetik hərəkətini enerjiyə çevirən OE-35 adlı 826 tonluq şamandıranın ölçüləri 38 x 18 metrdir. Qurğunun 9 metrdən çox su çəkmə qabiliyyətinə və elektrik enerjisi istehsalında 1.25 MVt-a qədər potensial nominal gücünə malik olduğu bildirilir. Bununla belə, Ocean Energy-nin Baş Texnologiya Direktoru, professor Tony Lewis, OE-35-i kommersiyalaşdırmaq üçün 10 ildən çox dizayn, sınaq, test və tikinti işlərinin aparıldığını söyləyib.
Ocean Energy USA (İrlandiyada yerləşən şirkətin ABŞ filialı) tərəfindən verilən açıqlamaya görə, 12 milyon dollarlıq layihə, ABŞ Energetika və İrlandiya Departamenti tərəfindən maliyyələşdirilir. Cihaz, havanı hava turbinindən itələmək üçün dalğalardan istifadə edərək elektrik enerjisi istehsal edir. Turbin elektrik enerjisi yaratmaq üçün yüksək sürətli hava axınından istifadə edərək bir istiqamətdə fırlanır. Geri çəkilən dalğa turbinin eyni istiqamətdə dönməsinə və davamlı olaraq güc istehsal etməsinə imkan verən vakuum yaradır. Komandalar indi quraşdırılmış cihazın sınaq fəaliyyətini həyata keçirəcək və sonrakı həftələrdə cihaz, sualtı kabel vasitəsilə Hawaii elektrik şəbəkəsinə qoşulacaq. Bununla belə, OE-35, duzlu suyun aşındırıcı təsirlərinə tab gətirmək üçün dizayn edilmiş və hazırlanmışdır. Müvafiq hərəkət edən hissələr, dəniz suyunun üstündə yerləşir, bu da onları böyük dalğalardan və ya korroziyadan qoruyur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bərpa olunan enerjinin həcmi yaxın zamanda kömür enerji həcmini geridə qoyacaq
Bərpa olunan enerjinin həcmi yaxın zamanda kömür enerji həcmini geridə qoyacaq
Beynəlxalq Energetika Agentliyinin mütəxəssislərinin sözlərinə əsasən bütün dünya üzrə bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin həcmi kömür elektrik stansiyalarının istehsal etdikləri enerjinin həcmini artıq 2025-ci ildə geridə qoyacaq.
3 gəncin hazırladığı avtomobil sayəsində bir damcı belə benzin istifadə olunmadan 5000 km yol qət oluna bilinib!
3 gəncin hazırladığı avtomobil sayəsində bir damcı belə benzin istifadə olunmadan 5000 km yol qət oluna bilinib!
ABŞ-da keçirilən bir yarış çərçivəsində bərpa oluna bilən enerjilər ön plana çıxıb. Belə ki, 3 gənc mühəndisdən ibarət komanda, New York-dan Los Angeles-ə 5000 km məsafəni tamamilə günəş enerjisi ilə qət etməyi bacarıb.
Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
Ənənəvi külək turbinlərinə meydan oxuyacaq nəhəng "külək divarı" layihəsi hazırlanır!
Küləkdən enerji əldə etməyin müxtəlif yolları var. Bu dəfə isə bir şirkət, ənənəvi 3 qanadlı külək turbinlərindən fərqli olaraq çoxsaylı turbinlərdən ibarət külək divarı hazırlamağı planlaşdırır.
Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
Çinli alimlər, günəş enerjisi ilə işləyən ən kiçik və ən yüngül uçuş aparatını hazırlayıblar. Yeni uçuş aparatı, insanın ovucuna sığacaq qədər balacadır və günəş üzərinə düşdüyü müddətcə uça bilir.
Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Dünyanın ən böyük 2 rotorlu üzən külək platforması tikilib!
Çinin ən böyük külək turbinləri istehsalçısı MingYang, son aylarda təqdim etdiyi dünyanın ən böyük 2 rotorlu üzən külək platforması olan OceanX-in tikintisini tamamlayıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!