
Elmə məlum ən kiçik qalaktika kəşf edilib
Elm & Texnologiya
12.03.2025
Emil
Biz 100 000 işıq ili ölçüsündə olan Süd Yolu qalaktikasında yaşayırıq. Bizə ən yaxın böyük qalaktika isə Andromeda qalaktikasıdır, onun ölçüsü təxminən 220 000 işıq ili olaraq qiymətləndirilir. Astronomlar Hubble kosmik teleskopu vasitəsilə Andromeda qalaktikasının peykləri olan bir qrup kiçik qalaktika aşkar ediblər. Bu qalaktikalar bizdən təxminən 3 milyon işıq ili uzaqlıqda yerləşirlər. Bu qrup arasında Andromeda XXXV adlandırılan, indiyə qədər məlum olan ən kiçik və ən zəif qalaktika da kəşf edilib. Bu kəşf kainatın təkamülü haqqındakı fikirlərimizi dəyişə bilər. Məsələ ondadır ki, bu cür qalaktikalar çoxdan yox olmalı idi, lakin Andromeda XXXV hələ də mövcuddur və onun niyə sağ qaldığı elm üçün hələ də sirr olaraq qalır.

Ən kiçik məlum cırtdan qalaktika olan Andromeda XXXV, Andromeda qalaktikasının ətrafında fırlanır. O, Süd Yolundan təxminən milyon dəfə kiçikdir və cəmi 20 000 Günəş kütləsinə malikdir. Cırtdan qalaktikalar ümumiyyətlə nadir hadisə deyil. Süd Yolunun ətrafında onlarla belə peyk qalaktika mövcuddur. Lakin bu qalaktikalar çox kiçik və solğun olduqları üçün astronomlar onlar haqqında hələ də çox az məlumata sahibdirlər. Əvvəllər Andromeda qalaktikasının ətrafında daha böyük və parlaq cırtdan qalaktikalar kəşf edilmişdi. İndi isə astronomlar daha kiçik və zəif işıqlı cırtdan qalaktikalar aşkar ediblər ki, onlardan biri də Andromeda XXXV-dir.

Alimlər hesab edirlər ki, bu qalaktikanın mövcudluğu qalaktikaların təkamülü ilə bağlı nəzəriyyələri dəyişə bilər. Qalaktikaların təkamülünün əsas aspektlərindən biri onların ulduz əmələgəlmə dövrlərinin müddətidir. Bu xüsusiyyət Süd Yolu və Andromeda qalaktikasının ətrafındakı cırtdan qalaktikalar arasında mühüm fərqlər yaradır. Süd Yolu ətrafındakı peyk qalaktikalarının əksəriyyəti təxminən 10 milyard il əvvəl yeni ulduzların yaranmasını dayandırıb. Lakin astronomların araşdırmalarına görə, Andromeda qalaktikasına yaxın olan kiçik qalaktikalar bir neçə milyard il əvvəl də yeni ulduzlar formalaşdırmağa davam edirdi.
Yeni ulduzların yaranması qalaktikada bu proses üçün lazım olan qaz tükəndikdə dayanır. Əgər Süd Yolu ətrafındakı peyk qalaktikalarda bu qaz zamanla təbii şəkildə azalıbsa, Andromeda yaxınlığındakı cırtdan qalaktikalarda bu qazın yox olmasının səbəbi Andromeda qalaktikasının güclü cazibə qüvvəsi ilə bu qazı kiçik qonşu qalaktikalardan çəkib çıxarmasıdır. Alimləri Andromeda XXXV qalaktikasında ulduzların uzun müddət formalaşması ilə yanaşı, onun ümumiyyətlə mövcud olması faktı da xüsusilə maraqlandırır. Astronomların sözlərinə görə, kainatın erkən dövrlərində mühit son dərəcə isti və sıx olub.

Bu, Böyük partlayışdan sonra baş verən və kainat genişlənib soyuyana qədər davam edən kosmik inflyasiya dövrü idi. Məhz bu prosesin nəticəsində hidrogen atomları formalaşıb və ilk qalaktikalar daxilində birləşərək yeni ulduzlar meydana gətirib. Bu ilk ulduzlar və qalaktikalar ətraf mühitə enerji yayaraq kosmosu yenidən qızdırıb. Bu isə çox kiçik qalaktikaların sağ qalmasını mümkünsüz edirdi, çünki istilik və enerji yeni ulduzların yaranması üçün lazım olan qazı qalaktikalardan çıxarmalı idi. Lakin Andromeda XXXV bu prosesə baxmayaraq sağ qalıb və uzun müddət yeni ulduzlar formalaşdırmağa davam edib. Bu qalaktikanın necə sağ qaldığı hələ də elm üçün sirr olaraq qalır.
Mənbə: Space.com
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yer kürəsinə yaxın ulduz ətrafında 4 yeni planet kəşf edilib
Yerə ən yaxın ulduz sistemi Alfa Sentavrdır. Lakin bu, üçlü ulduz sistemidir. Barnard ulduzu isə bizə ən yaxın tək ulduzdur. Uzun illər ərzində astronomlar bu kiçik ulduzun ətrafında planetlərin fırlandığından şübhələnirdilər, lakin bunun heç bir sübutu yox idi.

Elm & Texnologiya
Saturn planetinin 128 yeni peyki kəşf edilib
Yupiter, Günəş sistemində ən çox peykə sahib olan planet yarışında Saturndan geridə qalıb. Son müşahidələr Saturnun 128 yeni peykinin aşkar edildiyini göstərib. Bu da onun ümumi peyklərinin sayını 274-ə çatdırıb.

Elm & Texnologiya
Yer kürəsinə yaxın okean planetində həyat mövcud ola bilər
2023-cü ildə alimlər bir tədqiqat təqdim edərək bildirmişdilər ki, K2-18b planetinin atmosferində dimetilsulfid adlı kimyəvi maddə aşkarlanıb. Bu maddə potensial canlı orqanizmlərlə əlaqələndirilir. O vaxtdan bəri alimlər bu planetdə həyatın olub-olmaması mövzusunda mübahisə aparırlar.

Elm & Texnologiya
Bəzi bakteriyalar hətta ölümdən sonra da "yaşaya" bilirlər
Bəzi bakteriya növləri hətta ölümdən sonra qonşu hüceyrələrə kömək etməyin yolunu tapıblar. Onlar öldükdən sonra “qidalandırıcı ziyafət” miras qoyurlar.

Elm & Texnologiya
Eynşteynin ümumi nisbilik nəzəriyyəsi və kvant mexanikasını birləşdirə biləcək yeni nəzəriyyə təqdim edilib
Fiziklər kainatın ən böyük sirrlərindən bəzilərini həll etməyə kömək edə biləcək yeni qravitasiya nəzəriyyəsini təqdim ediblər. Alimlər hesab edirlər ki, kvant qravitasiyası entropiyadan (sistemin nizamsızlıq səviyyəsi, kainatda daim artır) qaynaqlana bilər.
Ən çox oxunanlar

Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
