Elon Musk'ın The Boring Company şirkəti 120 milyon dollar dəyərində ilk xarici investisiyasını əldə etdi

Elon Musk'ın The Boring Company şirkəti 120 milyon dollar dəyərində ilk xarici investisiyasını əldə etdi

Texnologiya
26.07.2019 PAYLAŞIM

    Elon Musk-ın The Boring Company şirkəti 120 milyon dollar dəyərində səhm sataraq özünün ilk xarici investisiyasını cəlb etdi. Bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Sözügedən səhmləri Future Ventures fondu əldə edib. Onun həmtəsisçisi olan Steve Jurvetson Tesla ilə SpaceX şirkətlərinin direktorlar şurasına daxildir.

    Steve Jurvetson-un The Boring Company şirkətindəki payı barəsində bir məlumat verilməyib. Əldə olunmuş yeni investisiyaları The Boring Company yeraltı tunellər layihəsinin inkişaf etdirilməsinə sərf edəcək. Qeyd etmək lazımdır ki, keçən ilin aprel ayında şirkət 180 milyon dollar investisiya əldə etmişdi. Həmin investisiyanın 90%-ni Musk özü şirkətə yatırmışdı. İnvestisiyanın yerdə qalan 10%-i isə digər investorlar tərəfindən əldə olunmuşdu.

    Bu ilin may ayında isə şirkət özünün ilk kommersiya məqsədli müqaviləsini əldə etmişdi. Müqavilənin dəyəri 48.7 milyon dollar təşkil edir. Belə ki, şirkət Las Vegas Convention Center adlı sərgi kompleksinin müxtəlif nöqtələri arasında insan daşınmasını həyta keçirəcək yeraltı tunel sistemini inşa etməlidir. Yeraltı tunel sisteminin inşası 2020-ci ilin dekabr ayında yekunlaşdırılmalıdır. Ödəniləcək məbləğin 100%-ni əldə etmək üçün The Boring Company saatda 4400 nəfər insanın tuneldən istifadəsi imkanını reallaşdırmalıdır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


İntel-in 10 illik yol xəritəsi: Prosessorlar 10 nanometrdən 1.4 nanometrə keçəcə..

Intel şirkəti özünün 10 illik yol xəritəsini yayımladı. Görünən odur ki, şirkət prosessorların iste..


OnePlus CES 2020-də ilk ağıllı saatını təqdim edə bilər

Çinli texnologiya şirkəti OnePlus istehsal etdiyi modellər ilə istifadəçilərin sevgisini qazanmışdı...


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..


ABŞ ilə Çin razılığa gəldilər: Apple məhsullarının qiymətlərində artım olmayacaq..

ABŞ və Çin hökumətləri öz aralarında ilkin ticarət razılaşmasını əldə ediblər.


Smartfon bazarının lideri Samsung-dur: Lakin Huawei öz rəqibinə artıq çox yaxınd..

2019-cu il hələ sona çatmasa da Strategy Analytics şirkəti bu ilin yekun nəticələri vasitəsilə smart..


Kirin 990-dan 50% daha güclü: Huawei Kirin 1020 prosessoru barəsində ilkin məlum..

Baxmayaraq ki, Huawei şirkətinin Kirin 990 prosessoru hələ sentyabr ayında təqdim edilmişdi, artıq o..