main-post-cover

    Elon Musk, Nyu York ilə Vaşinqton arasında Hyperloop tuneli tikmək üçün Ağ Ev-dən icazə aldı

    Elm & Texnologiya
    21.07.2017
    Farid Pardashunas

    Elon Musk, Ağ Ev-dən Hyperloop tunelinin tikilməsi barəsində şifahi icazə aldığını bildirib.

    Güman olunur ki, sözügedən tunel, Nyu York ilə Vaşinqtonu birləşdirəcək. Ağ Ev-in təmsilçisi bildirib ki, Elon Musk ilə Donald Trump administrasiyası arasında maraqlı görüş keçirilib. Hər iki tərəf gələcəkdə əməkdaşlıq barəsində razılaşma əldə edib. Bununla yanaşı Trump administrasiyası, ən innovasiyalı nəqliyyat və infrastruktur layihələrinin reallaşdırılması üçün hazır olduğunu bildirib. Musk-ın özü isə hal hazırda olan 2 layihəsini birləşdirməyi planlaşdırır. Söhbət, yüksək sürətli Hyperloop vakuum qatar liniyaları və yeraltı tunellər şəbəkəsindən gedir. Çox güman ki, Vaşinqton və Nyu York arasında bu cür birləşdirilmiş sistem olacaq. “Biraz əvvəl, Nyu York ilə Vaşinqton arasında yeraltı Hyperloop tunelinin inşası ilə bağlı Boring Company üçün icazə aldım” – deyə Musk öz Twitter hesabında qeyd edib. Onun planına əsasən reallaşdırılacaq bu layihə sayəsində insanlar, 2 şəhər arasında 29 dəqiqə ərzində səyahət edə biləcəklər. Qeyd etmək lazımdır ki, Musk sadəcə olaraq şifahi icazə alıb. Rəsmi icazədən əvvəl hələ böyük miqdarda iş görmək lazımdır. Lakin buna baxmayaraq Musk, bütün işlərin tez bir zamanda yerinə yetiriləcəyinə inanır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər