
Elon Musk, Starship-in inşa edildiyi zavodu sərgiləyib (VİDEO)
Elm & Texnologiya
01.07.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, SpaceX şirkəti Texas ştatının Boka-Çika adlı kəndi yaxınlığında yerləşən Starbase adlı kosmodromunda Starfactory adlı zavodu istifadəyə verib. Bu zavod şirkətin Starship kosmik gəmilərinin inşası üçün nəzərdə tutulub. İndi isə məlum olub ki, Elon Musk, Everyday Astronaut adlı YouTube kanalı üçün sözügedən zavodda ekskursiya keçirib. Nəticədə hamı Starship kosmik gəmilərinin inşa edildikləri Starfactory adlı zavod ilə tanış ola bilər. 1 saatdan çox davam edən videoda Musk bu zavod barəsində məlumatları və rəylərini təqdim edərək gid rolunda çıxış edir. Videoda Starship-in inşasında istifadə edilən komponentləri, və raketin yığılması sexini görmək olar. Musk-ın özü Starfactory barəsində çox optimistikdir. Onun fikrincə gələcəkdə zavodun bütün istehsal potensialının işə düşəcəyi halda o, il ərzində 100 ədəd Starship istehsal edə biləcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
