Logo
    main-post-cover

    Elon Musk, Starship vasitəsilə şəhərlərarası səyahət xidmətini işə sala bilər

    Elm & Texnologiya
    16.11.2024
    Emil
         Elon Musk bildirib ki, SpaceX şirkətinin Starship kosmik gəmisi vasitəsilə şəhərlərarası səyahət ideyası real ola bilər. Qeyd etmək lazımdır ki, Starship ilk növbədə Mars Aya səyahət üçün nəzərdə tutulub. Lakin Musk-ın fikrincə onu şəhərlərarası səyahətdə də istifadə etmək olar. Musk bunun mümkünlüyünü X-də (keçmiş Twitter) təqdim edilmiş konseptual videoya şərh olaraq bildirib.
         Təqdim edilmiş konseptual videoda Starship vasitəsilə şəhərlərarası uçuş xidmətinin reklamı əks olunub. Təyyarə saatda 900 km sürət yığdığı halda Starship saatda 27 000 km sürət yığa bilir. Nəticədə bir şəhərdən digərinə dəqiqələr ərzində çatmaq olar. Güman olunur ki, bu cür sürət ona görə mümkündür ki, Starship ilk növbədə kosmosa qalxacaq və artıq ordan təyinat nöqtəsinə enəcək. Bu halda Starship bir uçuş çərçivəsində 1000 nəfər sərnişini daşıya bilər. Lakin digər tərəfdən belə uçuş üçün olacaq bilet olduqca yüksək qiymətə satılacaq.
    Paylaş