
Ən böyük qalaktika topalarından birinin fotosu təqdim edilib
Elm & Texnologiya
07.08.2025
Emil
Teleskoplar nə qədər dəqiq olarsa, kainatın quruluşunda bizim rolumuzun nə qədər kiçik və əhəmiyyətsiz olduğunu bir o qədər dərin hiss etdirərlər. Bu reallığı xatırladan növbəti hadisə Abel 3667 qalaktika topasının görüntüləri oldu - bu, 700 milyon işıq ili daxilindəki ən böyük qalaktika topalarından biridir. İlk baxışda bu şəkil sadəcə nöqtələr toplusu kimi görünür. Lakin onların demək olar ki, hər biri bütöv bir qalaktikadır. Braun Universitetinin astronomları ilk dəfə olaraq optik diapazonda 2 qalaktika arasında parlayan bir körpünü xatırladan strukturu müşahidə ediblər. Bu quruluş çox çətin sezilsə də, topanın keçmişi barədə mühüm məlumat daşıyır. Görüntülər göstərib ki, Abel 3667-nin mərkəzində 2 ən parlaq qalaktikanın birləşməsi baş verir.

Cazibə qüvvəsinin yaxınlaşması anında qalaktikalardan ayrı-ayrı ulduzlar çıxaraq saçılmış bir parlaqlıq yaradır. Müəlliflər qeyd edirlər ki, söhbət, son dərəcə nadir bir hadisədən gedir. Bu cür uzunluqda bir struktur daha əvvəl yaxın qalaktika topalarında müşahidə olunmayıb. Onun aşkar edilməsi faktı belə gözlənilməz olub. İndiyə qədər birləşmə əlamətləri yalnız radio diapazonunda və rentgen şüalarında qeydə alınırdı. İndi isə astronomların birbaşa vizual təsdiqi var. Əlavə detalları görmək isə qeyri-adi uzun ekspozisiya sayəsində mümkün olub. Onilliklər ərzində toplanmış çoxsaylı görüntülər birləşdirilərək vahid, dərin bir kadr yaradılıb. Nəticədə, hətta qalaktikalararası tozun incə lifləri də görünür.
Paylaş