Erkən kainatdakı kiçik ölçülü parlaq obyektlər alimlərdə çoxlu suallar yaradıblar
Elm & Texnologiya
03.07.2024
Emil Nəcəfov
Alimlər daha öncə erkən kainatda aşkar edilmiş kiçik ölçülü parlaq qırmızı obyektləri müşahidə etmək üçün James Webb kosmik teleskopundan istifadə ediblər. Aparılmış müşahidələr nəticəsində məlum olub ki, daha öncə aşkar edilmiş bu kiçik ölçülü parlaq qırmızı obyektlər əslində qalaktikalardır. Lakin erkən kainatdakı bu qalaktikalar müasir elmin kainat haqqındakı təsəvvürlərini başdan ayağa dəyişirlər. Hələ 2 il bundan öncə alimlər Böyük partlayışdan artıq 600-800 milyon il sonra mövcud olmuş 3 ədəd parlaq obyekti kəşf etmişdilər. Yəni sözügedən obyektlər kainatın erkən inkişaf mərhələsində artıq mövcud olublar. Hal-hazırda isə kainatın təqribi olaraq 13.8 milyard il yaşı var.
Bu obyektlərin kəşf olunduqları zaman alimlər güman etmişdilər ki, onlar qalaktikalardır. Aparılmış yeni müşahidə isə bu fikiri təsdiqləyib. Lakin bununla yanaşı alimlər təyin ediblər ki, bu qalaktikaların mərkəzlərində super kütləli qara dəlik mövcuddur və üstəlik qalaktikalar qədim ulduzlarla zəngindirlər. Kainat haqqında olan müasir elmi modellərə əsasən nə birinci nə də ikinci faktor mümkün olmamalıdır. Alimlərin sözlərinə əsasən bu faktlar onlarda çoxlu sayda suallar yaradıblar. Alimlər təyin ediblər ki, sözügedən qalaktikalar yüzlərlə milyon il yaşa sahib ulduzlarla zəngindirlər. Bu isə kainatın həmin dövrdəki ulduzların daha öncə düşünülmüş yaşlarından daha çoxdur.
Bununla yanaşı alimlər güman edirlər ki, qalaktikaların mərkəzlərində Süd Yolu qalaktikasının mərkəzindəki qara dəlikdən 100-1000 dəfə daha kütləli qara dəlik yerləşir. Lakin bu cür yüksək kütləli qara dəliklərin erkən kainatda mövcud olmaları mümkün hesab edilmir. Alimlərin sözlərinə əsasən erkən kainatda kəşf edilmiş bu obyektlər qalaktikaların böyümələri və super kütləli qara dəliklərin formalaşmaları ilə bağlı olan elmi modellərlə uyğunlaşmırlar. Belə ki, müasir elmi modellərə əsasən qalaktikalar və onların sahib olduqları qara dəliklər milyardlarla il ərzində paralel olaraq böyüyürlər.
Buna görə də olduqca cavan qalaktikanın mərkəzində necəsə sürətlə kütlə yığmış və öz inkişaf prosesini davam etdirən nəhəng qara dəliyin mövcudluğunu izah etmək hələ mümkün deyil. Lakin bu, izahı tələb edən yeganə məsələ deyil. Belə ki, alimlər təyin ediblər ki, erkən qalaktikaların olduqca kiçik ölçülərə sahib olduqlarına baxmayaraq onlar özlərində çoxlu sayda ulduzları birləşdirirlər. Bu da öz növbəsində alimlərdə çoxlu sayda suallar yaradır.
Onların fikirlərinə əsasən bu qalaktikaların ölçüləri bir neçə yüz işıq ilini keçmir. Bu isə Süd Yolu qalaktikasının ölçüsündən 1000 dəfə daha kiçikdir. Bununla belə bu qalaktikalardakı ulduzların sayı bizim qalaktikamızdakı ulduzların sayı ilə demək olar eynidir. Lakin bu qədər sayda ulduzun belə kiçik qalaktikada necə yerləşməsi sualı hələ də cavabsız olaraq qalır. Alimlərin sözlərinə əsasən bu qalaktikalar ola bilsin ki, bizlərə hələ məlum olmayan fərqli üsul sayəsində formalaşıblar. Digər bir maraqlı sual isə ondan ibarətdir ki, Böyük partlayışdan bir neçə milyard il sonra bu cür obyektlər daha niyə formalaşmayıblar?
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Dünyada ilk dəfə insan beyni ilə çalışan robot hazırlanıb!
Çinli alimlər, diqqətəlayiq bir addım ataraq dünyada ilk dəfə insan beynilə idarə olunan robot hazırlamağa nail olublar.
Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
Bennu asteroidi suya sahib planetdə formalaşmış ola bilər
2016-cı ilin sentyabr ayında NASA-nın OSIRIS-Rex adlı missiyası start götürmüşdü. Bu missiyanın əsas məqsədi Bennu adlı asteroiddən süxur nümunələrinin əldə olunması idi.
Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Cinayətkarların beyninə saxta xatirələr yerləşdiriləcəyi "gələcəyin həbsxanası" adlı konsept təqdim edilib! (VİDEO)
Gələcəyin həbsxanalarında cinayətkarlara strukturlaşdırılmış yaddaş implantları taxıla bilər. Cognify adlanan konsept, cinayətkarlara saxta xatirələr göstərməyi təklif edir.
Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib
Avropa və Enselad peyklərində potensial yadplanetli həyat növünün konkret yerləşəcə biləcəyi yer müəyyən edilib
Alimlər tərəfindən aparılmış yeni modelləşdirməyə əsasən Yupiterin Avropa, Saturnun isə Enselad adlı peyklərinin səthaltı okeanlarının dərinliklərində çox uzun müddət ərzində aşağı temperaturlu hidrotermal mənbələr mövcud ola bilərlər.
Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Dünyanın ən uzun batırılmış boru tuneli, Almaniya və Danimarkanı birləşdirəcək!
Almaniya və Danimarkanı birləşdirən dənizaltı magistral və dəmir yolu tuneli olan Fehmarnbelt Tuneli, 18 km uzunluğunda dünyanın ən uzun batırılmış boru tuneli olacaq.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!