Exynos 2100 vs Snapdragon 875: Hansı prosessor daha performanslı olacaq?

Exynos 2100 vs Snapdragon 875: Hansı prosessor daha performanslı olacaq?

Texnologiya
12.10.2020 PAYLAŞIM

    Qualcomm Samsung şirkətləri özlərinin ilk 5 nanometrlik prosessorlarının istifadəyə verilməsinə hazırlaşırlar. Söhbət, Snapdragon 875 Exynos 2100 prosessorlarından gedir. Sözügedən prosessorların rəsmi təqdimatlarını gözləməyərək insayderlər artıq bu prosessorların Geekbench nəticələrini təqdim ediblər. Geekbench testlərinin nəticələrinə əsasən insayderlər xəbər veriblər ki, bu il performans baxımından məhz Samsung şirkətinin Exynos 2100 prosessoru qalib gələcək.

    Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən hər iki prosessor müxtəlif regionlar üçün nəzərdə tutulmuş Galaxy S21 smartfonu tərkibində artıq Geekbench testlərindən keçiblər. Məlumatda qeyd olunub ki, hər iki prosessor 2 ədəd Cortex-X1 Super adlı yüksək performanslı nüvə əldə edib. Beləliklə Geekbench testlərinə əsasən Exynos 2100 prosessoru birnüvəli testdə 1323 xal, çoxnüvəli testdə isə 4215 xal toplayıb.


    Snapdragon 875 prosessoru isə birnüvəli testdə 1204 xal, çoxnüvəli testdə isə 4121 xal toplayıb. Maraqlısı ondadır ki, enerji sərfiyyatına qənaət rejiminin aktivləşdirilməsi zamanı hər iki prosessorun test nəticələri demək olar eyni olublar. Qeyd etmək lazımdır ki, söhbət, qeyri rəsmi test nəticələrindən gedir və onlar bençmark sisteminə əlavə olunmayıblar. Snapdragon 875 prosessorunun təqdimatı dekabr ayının əvvəlində baş tutacaq. Exynos 2100 prosessorunun təqdimatı isə çox güman ki, gələn ilin əvvəlində baş tutacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hal hazırda bazarda olan ən yaxşı avtopilot sistemi hansıdır?

İnternetdə Tesla elektromobillərində olan avtopilot sistemi haqqında çoxlu sayda müsbət rəylərə rast..


Google ilə rəqabət yoxsa monopoliya qorxusu?: Apple şirkəti özünün axtarış siste..

Financial Times saytının verdiyi məlumata əsasən Apple şirkəti özünün axtarış sisteminin hazırlanmas..


Starlink-in ictimai beta test mərhələsi: Xüsusi təchizatın qiyməti ilə aylıq abu..

SpaceX şirkəti Starlink peyk internetinin ictimai beta test mərhələsinə start verildiyini elan edib...


Apple AirPower naqilsiz şarj stansiyasının aqibəti necə oldu?

3 il bundan öncə Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasını təqdim etmişdi.


Elon Musk, Marsda peyk interneti yaratmağı planlaşdırır

Elon Musk, Mars planetinin fəth olunması üçün böyük planlar hazırlamaqla məşuldur.


Analitiklər elektromobillərin qiymətlərinin nə zaman düşəcəklərini açıqlayıblar..

Analitiklərin hesablamalarına əsasən elektromobillərin nəqliyyat bazarındakı payı bu il 10% gələn il..

×