main-post-cover

    Əyilə bilən Galaxy F smartfonunun konsept render fotoları təqdim olunub

    Elm & Texnologiya
    07.02.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə Samsung şirkətinin reklam videosunda Galaxy F adlı əyilə bilən smartfon əks olunmuşdu. LetsGoDigital saytı isə həmin əks olunmuş kadr sayəsində smartfonun konsept render fotolarını hazırlayıb. Saytın hazırladığı konsept render fotolarda Galaxy F smartfonu həm açıq həm də əyilmiş formada əks olunub.

        Konsept fotodan da görmək olar ki, smartfon iki ekrana və minimal çərçivələrə sahibdir Bundan əlavə olaraq təqdim edilmiş konsept render fotolardakı smartfonun ön kamerası və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiriciləri yoxdur. Aydın məsələdir ki, bunlar sadəcə olaraq konsept fotolardır. Lakin maraqlısı ondadır ki, Samsung mühəndisləri ön kameranı və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiriciləri smartfona necə yerləşdirəcək.

        Məlumata əsasən Galaxy F smartfonu 4.2:3 nisbətli və 1536x2152 piksel keyfiyyətli Infinity Flex ekranla təchiz olunacaq. Əyilmiş formada smartfonun ekranı bir qədər kiçik və 1960x840 piksel keyfiyyətli olacaq. Həmçinin smartfonun ya Snapdragon ya da Exynos prosessoruna və 10 GB-a kimi RAM göstəricisinə sahib olacağı gözlənilir. Samsung şirkəti 1 milyon ədəd Galaxy F smartfonu istehsal etməyi planlaşdırır. Onun təqribi qiyməti isə 1700$ təşkil edəcək.

    Linki kopyala