
Facebook jurnalistləri öz gizli laboratoriyasına dəvət edib
Elm & Texnologiya
07.05.2017
Farid
Facebook şirkəti KİV nümayəndələrini öz laboratoriyası olan Area 404 adlı gizli əraziyə dəvət edib.
Burada mühəndislər gələcəyin texnologiyalarını yaratmaqla məşğuldurlar.
Məhz burada şirkət günəş batareyaları ilə çalışan pilotsuz uçuş aparatlarının,
VR cihazların, internetin lazerlər vasitəsilə çatdırılması, yeni nəsil serverlər
və s. üzrə sınaqlar keçirdir. 2.000 kvadrat metr sahəni əhatə edən Area 404
(brauzerdə hər-hansısa sorğunun axtarışı zamanı tapılmayan veb səhifə xətası şərəfinə
adlandırılmışdır - 404 Error) ərazisi Facebook-un Kaliforniyadakı mərkəzi
ofisində yerləşir. Tecnote.az-ın "TechCrunch” mənbəsinə istinadən verdiyi xəbərə
əsasən sözügedən ərazidə həyata keçirilən bir çox layihələr sirli olaraq
saxlanılır. Hətda onlar o dərəcədə sirli layihələrdir ki, onların tərtib
olunduğu yerlərə şirkətin CEO-u Mark Zuckerberg-i belə buraxmırlar.
Laboratoriyada müxtəlif növ texnikaya rast gəlmək olar. Məsələn
hər hansı bir texnologiyada ən xırda detalları aşkar etmək üçün 10.000 dəfə
yaxınlaşdıran mikroskopu, 3D printerləri, kompüterlə rəqəmli idarəetmə dəzgahlarını,
MRT (Maqnit Rezonans Tomoqrafiyası) skanerlərini və digər ağır texnikanı gətirmək
olar. Area 404-ün bir hissəsi elektrotexnika ilə təcrübələr üçün, bir hissəsi
isə gələcək texnologiyaların tez bir zamanda prototip versiyalarını əldə edilməsinə
yönəlmiş müxtəlif materialların (dəmir, taxta, daş, şüşə) emal edilməsi üçün nəzərdə
tutulub. Məsələn bağlı ərazi daxilində 10 km radiusa internet şəbəkəsi paylayan
OpenCellular cihazının çipi, Aquila internet dronun hissələri, binaların sıx
yerləşdiyi şəhərlərdə Wi-Fi siqnalını rahatlıqla çatdıran Terragraph
sisteminin antenləri yaradılmışdır. Bundan əlavə olaraq yaxın gələcəkdə həmin ərazidə
Oculus Rift-in yeni nəsil VR cihazlarının və Surround 360 kameralarının sınaqları
keçiriləcək.
Paylaş
Bənzər xəbərlər