main-post-cover

    Facebook şirkəti blockchain texnologiyası üzərində çalışacaq yeni komanda yaradıb

    Elm & Texnologiya
    09.05.2018
    Farid Pardashunas
    Facebook şirkəti son 15 ildə ən böyük işçi kadrlarının yenilənməsini aparıb. Bu barədə Recode saytı xəbər verib. Nəticədə şirkət öz məhsullarını 3 şöbə arasında bölüb və blockchain texnologiyası üzərində çalışacaq yeni komanda yaradıb. Sözügedən 3 şöbənin adları isə belədir: The Family of Apps (Whatsapp, Messenger Instagram), New Platforms and Infra (blockchain texnologiyası üzrə yeni komanda, VR AR, süni zəka texnologiyası və s.) və Central Product Services (reklam məsələləri və təhlükəsizlik).
    Blockchain texnologiyası üzrə çalışacaq yeni komandaya David Marcus adlı şəxs rəhbərlik edəcək. Əvvəllər David Marcus PayPal-da çalışıb. Facebook-da isə o, Facebook Messenger-in yaradılması üzrə vitse prezident vəzifəsində çalışıb və həmçinin məşhur Coinbase kriptoplatformasının direktorlar şurasına daxildir. Sözügedən yeni komandanın hansı məhsullar yaradacağı və həmin komandaya daha hansı şəxslərin daxil olacağı barəsində heç bir məlumat yoxdur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər