main-post-cover

    FBI, iPhone 11 Pro Max-ı qırdı: Graykey adlı cihaz iPhone-ları hacklayır

    Elm & Texnologiya
    16.01.2020
    Nijat Hamid
            Bildiyiniz kimi iPhone telefonları qırıla bilmədiyi üçün bir çox dövlət təhlükəsizlik qurumları bu vəziyyətdən şikayətçidirlər. Bu qurumların başında FBİ gəlir. Lakin iPhone-ları sındıra bildiyi iddia edilən Graykey adlı cihaz ortaya çıxandan sonra işlər dəyişdi. FBİ tərəfindən yayımlanan məlumatlara görə isə Graykey cihazı istifadə edilərək iPhone 11 Pro Max modeli hacklandı. 

    FBİ rəsmilərinin dediklərinə görə Graykey cihazı istifadəçi yormadan asanlıqla iPhone-ların kilidlərini qıra bilir.

            Demək olar ki, bir müddətdir ABŞ dövləti Apple ilə bir mübarizə içindədir. Bir müddət əvvəl prezident Trump Apple-a telefonlarında ABŞ üçün bir arxa qapı buraxmaqlarını istəmiş və şirkət də rədd etmişdi. Sonrasında Trump Twitter üzərindən Apple-a od püskürmüşdü. Hər zaman telefonlarının çox təhlükəsiz və hacklanmağa qarşı davamlı olduğunu iddia edən şirkət FBİ tərəfindən yanıldıldı. Apple rəsmiləri hələki bu haqda heç bir açıqlama verməyib. Lakin görünən odur ki, Apple-a ehtiyac qalmadan artıq iPhone telefonlarını hacklamaq mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər